Vasif Talıbov sərhəd kəndindəki postda (FOTOLAR)

Vasif Talıbov sərhəd kəndindəki postda (FOTOLAR)
 Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbov Babək rayonunun Gərməçataq kəndindəki hərbi hissənin əhatə etdiyi postda olub.
 
Sfera.az Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, əsgər və zabitlərlə görüşən Ali Məclisin sədri deyib ki, xidmətin nümunəvi təşkili bu ərazidə insanların rahat yaşayışını təmin edir: "Vaxtilə bu ərazidə post yox idi. Lakin ölkəmiz inkişaf etdikcə ordumuz da qüdrətləndi, əsgər və zabitlər üçün hərtərəfli xidmət və yaşayış şəraiti yaradıldı. Bu sərhəd bölgəsində də yeni postlar yaradıldı, yol çəkildi, xidmət nümunəvi təşkil olundu.
 
Ali Məclisin sədri sərhədlərimizi etibarlı müdafiə etdiklərinə görə şəxsi heyətə təşəkkür edib, xidmətdə fərqlənənlərə hədiyyələr verib.
 
Sonra Ali Məclisin sədri təmas xəttində xidmətin təşkili ilə maraqlanıb.
 
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev müdafiənin ön xəttində xidmətin təşkili haqqında məlumat verib. Qeyd olunub ki, ərazidə əlverişli hücum mövqeyi seçilib və möhkəm müdafiə potensialı yaradılıb, postlar müasir silah və texnika ilə təmin olunub, yeni səngər və əlaqə yolları çəkilərək əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Postlar arasında dayanıqlı rabitə əlaqəsi və rahat gediş-gəliş təmin edilib.
 
Həmin gün Ali Məclisin sədri Gərməçataq kəndində yerləşən dayaq məntəqəsində də olub, şəxsi heyətlə görüşüb.
 
Vasif Talıbov müdafiə mövqeyinin möhkəmləndirilməsi və xidməti döyüş fəaliyyətinin təşkili barədə müvafiq tapşırıqlar verib.
 






OXŞAR XƏBƏRLƏR