Vasif İsmayıl: “Ölkədə üçüncü dalğa bitir, yoluxma sıfıra düşə bilər” - VİDEO

Vasif İsmayıl: “Ölkədə üçüncü dalğa bitir, yoluxma sıfıra düşə bilər” - VİDEO
Həftəlik göstəricilərə əsasən, deyə bilərik ki, Azərbaycanda üçüncü dalğa bitməyə doğru gedir.

Sfera.az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib.

"Yəqin ki, yaxın vaxtlarda birrəqəmli yoluxma hallarına rast gələcəyik. Ölüm hallarında sıfır rəqəminə rast gəlinməyə başlandı. Bir müddət sonra yoluxma hallarında da sıfır rəqəmini görməyə başlayacağıq”, - deyə o bildirib.


OXŞAR XƏBƏRLƏR