Varlıların İsveçrə macəraları – tualetin unitazından 100 min avro çıxdı

Varlıların İsveçrə macəraları – tualetin unitazından 100 min avro çıxdı
Xadimə və aşpaz 26 min avro mükafat alacaqlar
İsveçrəninin Fransa sərhədindəki Leman gölünün yaxınlığında yerləşən Cenevrə şəhəri dünyaca məşhurdur. Dünyanın varlı adamlarının həvəslə ziyarət etdiyi Cenevrədə bəzən son dərəcə qəribə hadisələr baş verir. İsveçrənin yerli "Blick” qəzeti belə olaylardan biri haqqında məlumat yayıb.

Qəzet yazır ki, 2017-ci ilin iyun ayında şəhərdəki bir neçə ictimai tualetdə tıxanıqlıq yaranıb. Problemi həll etməyə səy göstərən təmizlikçi xadimə və restoranın aşpazı tezliklə müəyyən edib ki, unitazın tutulması 500 avroluq əskinaslarla əlaqəlidir. Kimlərsə 100 min avrodan artıq pulu hissə-hissə müxtəlif unitazlara atıb. O səbəbdən də kanalizasiya xətti qapanıb.

Pulları aşkar edənlər polislə əlaqə saxlayıb. İstintaq tərəfindən hadisəni törədən şəxslər müəyyən edilib. Bəlli olub ki, pullar İsveçrənin ən böyük bankı olan UBS-dən götürülüb. İspaniyadan olan iki qadın və bir kişi bu işə görə məsuliyyət daşıdığını etiraf edib. Vəkil vasitəsi ilə sualları cavablandıran ispanlar törətdikləri əmələ görə cərimə ödəməyə hazır olduqlarını da bəyan ediblər. Unitaz vasitəsi ilə kanalizasiyaya axıtmaq istədikləri 100 mindən artıq avrodan da imtina etdiklərin rəsmən bildiriblər. Bununla da istintaq bu işə xitam verib.

İsveçrə qanunlarına görə, təmizlik üzrə xadimə və aşpaz ortada olan pulun dörddə birini almaq haqqına sahibdir. Bu isə 26 min avro deməkdir.

Qəzet yazır ki, bu qədər pulu səxavətlə verilmiş yeni il hədiyyəsi kimi də qəbul etmək olar.minval

OXŞAR XƏBƏRLƏR

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...