VARLANMAQ ÜÇÜN QIZIL ALIN –1700 dollara qədər bahalaşa bilər

VARLANMAQ ÜÇÜN QIZIL ALIN –1700 dollara qədər bahalaşa bilər

"Qızılın qiymətindəki gözlənilməz yüksəliş qlobal iqtisadi artım tempinin azalması ilə bağlıdır. Qlobal iqtisadi artım tempinin azalmasına isə koronavirus səbəb olub”.


Sfera.az-a açıqlamasında bu sözləri son günlər qızılın qiymətinin sürətlə bahalaşaraq bir unsiya üçün 1670 dollara çatmasına münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib:

 

"Hazırda bazarda qızılın bir unsiyasının qiyməti 1670 dollara təklif olunur. Bu o deməkdir ki, qızılın bir qramının qiyməti 54 dollara yaxın intervaldadır. Nəzərə alaq ki, son bir ildə qızılın qiymətində 21,6 faiz artım qeydə alınıb. Son 6 ayda isə qiymətdə 6 faizlik bahalaşma olub. Son bir ayda isə 2,3 faizlik artım baş verib. Yalnız son bir gün ərzində qızılın qiymətində 3,2 faizlik artım özünü göstırib. Bu da ondan xəbər verir ki, son 5 illik tendensiyada qızılın qiymətinin artım tempi çox yüksəkdir. Koronavirusun yayılması, qlobal iqtisadi artım tempinin azalması investorların qızıla olan tələbini artırır. Son zamanlar avronun da məzənnəsi aşağı düşür. Hazırda 1 avro almaq üçün 1 dollar 8 sent ödəmək lazımdır”.

 

İqtisadçının fikrincə, yaxın dövrdə qızılın bir unsiyası 1700 dolları keçəcək: "Koronavirusun coğrafiyası genişlənərsə və qlobal iqtisadi artım tempi azalmaqda davam edərsə, qızılın bir unsiyasının qiyməti 1700 dollarlıq həddi keçəcək. Qlobal iqtisadiyyatdakı azalma tempi, qeyri-müəyyənlik volotilliyin yüksək olması növbəti dövrlərdə qızıla tələbatı daha da artıra bilər. Bu halda isə bir qram qızılın qiymətinin 55 dollardan da yüksək həddə çatacağını görə bilərik. Nəticədə son illərin qızıl bazarında ən yüksək qiymət artımı baş verə bilər”.


Elçin

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...