Vaqif Əsədovdan təcili yardıma yol verməyən xanım sürücüyə: \"Könüllü gəlsəniz...\" - VİDEO

Vaqif Əsədovdan təcili yardıma yol verməyən xanım sürücüyə: \
 

Tbilisi prospektində təcili tibbi yardım maşınına yol verməyən sürücü barədə yeni məlumatlar ortaya çıxıb. 

Sfera.az  xəbər verir ki, "Hər şey daxil" verilişinə telefon vasitəsi ilə qoşulan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bəzi məqamları açıqlayıb. 

DYP rəsimisi bildirib ki, sürücü dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təcili tibbi yardım maşınına yol verməyib. Vaqif Əsədov "Toyota Land Cruiser” markalı, 90 SJ 100 nömrəli avtomobil sürücüsünün qadın olduğunu da söyləyib: 

""Toyota Land Cruiser" sürücüsü digər avtomobillərin təcili tibbi yardım maşınına verdiyi yola daxil olur. Artıq həmin sürücünün aşkarlanması və qanuna uyğun olaraq tədbirllərin keçirilməsinə başlanılıb. Əgər sürücü könüllü olaraq Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib səmimi etiraf edərsə, bu yüngülləşdirici hal kimi qəbul ediləcək".



OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...