Cəmİyyət

Vaqif Əsədovdan plyonkalarla bağlı xəbərdarlıq

Vaqif Əsədovdan plyonkalarla bağlı xəbərdarlıq
Son günlər şəhərdə əksər sürücülər maşınların yan şüşələrinə plyonkalar vurmağa başlayıblar.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, qanunda elə bir dəyişiklik yoxdur.

"Yol Hərəkəti Haqqında qanuna əlavə və dəyişikliklər edilməyib. Bizim sürücülər fürsətdən istifadə edirlər yəqin. Kimsə mövsümü pərdə vurulması ilə bağlı məsələdən istifadə edirlər.

Yol hərəkəti Haqqında qanuna edilən 1 saylı əlavədə yalnız mövsümlə əlaqəli pərdə və jalüzə icazə verilir. Plyonka vurulursa, bu artıq qanunun tələbinin pozulmasıdır”, - deyə Vaqif Əsədov bildirib.

Qeyd edək ki, hazırda maşınların yan şüşələrinə plyonka vuranlar qayda pozuntusuna yol vermiş hesab edilirlər.
 
Sfera.az

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031