İdman

“Valensiya”nın futbolçusu Azərbaycan millisinə çağırıldı

“Valensiya”nın futbolçusu Azərbaycan millisinə çağırıldı
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

ONA-nın məlumatına görə, yığmamızın sabah başlayacaq təlim-məşq toplanışında 28 futbolçu iştirak edəcək.

Milliyə İspaniyada çıxış edən iki futbolçu da çağırılıb. Bunlar "Lospitalet”dən (Barselona) Orxan Əliyev və "Valensiya”dan (San Xose) Emil Əzizlidir.

Onlardan başqa, Seymur Muradov ("Xilə”), Kamran Məlikov ("Keşlə”), Nəriman Axundzadə, Ərtoğrul Quliyev, Vasif Fərəcov, Amin Qarayev (hamısı "Qarabağ”), İbrahim Ramazanov, Nuğay Rəşidov, Emil Süleymanov, Farid Qələndərov, İxtiyar Məmiyev, Sərxan Mirzəzadə, Namiq Şamilov (hamısı "Qəbələ”), Ümid Tağızadə, Fariz Xeyrullayev, Ayxan Süleymanlı, Oruc Məmmədov (hamısı "Neftçi”), Ayxan Qələndərli, Cavid Adnayev, Şahmar Aşurov, Turqut Mustafayev (hamısı "Sabah”), Nicat Quliyev, Mirzalı Mirzalıyev (hamısı ikisi "Səbail”), Ruhid Mustafayev, Rəhman Məmmədov (hər ikisi "Sumqayıt”), Mahmud Ağayev ("Zirə”) də komandaya dəvət alıb.

Qeyd edək ki, yığmamız mayın 9-dək Bakıda hazırlıq keçəcək.

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031