Vaksinin üçüncü dozası bu ölkədə zəruri oldu

Vaksinin üçüncü dozası bu ölkədə zəruri oldu
İngiltərədə hökumət 50 yaşdan yuxarı insanların üçüncü doza peyvənd olunması ilə bağlı qərar qəbul edib.

Sfera.az xəbər verir ki, zəruri hal kimi vaksinin üçüncü dozası qocalar evinin sakinləri, səhiyyə və sosialsahədə çalışan işçilər üçün tətbiq olunacaq. 
Peyvəndləmə və İmmunitet üzrə Birgə Komitə (JCVI) "mRNA" peyvəndlərinin üçüncü dozalarına üstünlük veriləcəyini, lakin alternativ olaraq yarım dozalı Moderna peyvəndinin istifadə edilə biləcəyini açıqlayıb.

Allergiya səbəbiylə "mRNA" peyvəndindən istifadə edə bilməyənlərin "AstraZeneca" peyvəndi ola biləcəyini açıqlayan komitə, üçüncü dozanın ikinci dozadan 6 ay sonra tətbiq ediləcəyini bildirib. Hər 6 ayda bir yeni dozaya ehtiyac olmayacağını qeyd edən rəsmilər hələ ki, bu barədə tam dəqiqliklə danışmağın mümkün olmadığını deyiblər.

Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR