Vaksini bədəndən təmizləmək mümkündür?

Vaksini bədəndən təmizləmək mümkündür?
 Türkiyədə qadağalara görə koronavirusa qarşı məcbur vaksin vurduran bəzi vətəndaşlar "peyvəndi bədənlərindən çıxarmaq üçün” müxtəlif vasitələrdən istifadə edirlər.

Bu barədə professor Güner Sönməz "Haber Global”a danışıb.

Onun sözlərinə görə, bəzi insanlar bu məqsədlə zəli, həcəmət və müxtəlif vasitələrdən istifadə edirlər.

Professor həmin şəxslərə müraciət edərək bildirib ki, peyvəndin bədəndən çıxarılması mümkün deyil, fırıldaqçılar bu kimi vasitələrlə insanları aldadırlar: "Bunlar tamamilə pul tələsidir”.

Digər türkiyəli professor Mehmet Zencir də peyvəndin bədəndən çıxarılmasının mümkün olmadığını deyib. Onun sözlərinə görə, orta təhsilli tibb işçisi belə bunun qeyri-mümkün olduğunu bilir. İnsanların bu cür boş şeylərə inanması narahatlıq doğurur.

Qeyd edək ki, türkiyəli tibb bacısı bir nəfərin peyvənd vurdurduqdan sonra iynə vurulan yerə zəli yapışdırması ilə bağlı "Twitter”də paylaşım edib.

OXŞAR XƏBƏRLƏR

"İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyəcək" - KİV

İsrail rəsmi olaraq İrana zərbənin məsuliyyətini üzərinə götürməyəcək.   Sfera.az bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb. Onlar bu takt...

Dünyada ən çox PUA istehsal edən ölkə ODUR 

2023-cü ildə Çində ayrı-ayrı müəssisələr tərəfindən istehsal olunan mülki pilotsuz uçuş aparatlarının (PUA) sayı 3 milyon 170 mini keçib.   Sfera.az xə...

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...