Vahid Mustafayev və Mir Şahin Ağayev cəbhədəki vəziyyət barədə məlumat verib

Vahid Mustafayev və Mir Şahin Ağayev cəbhədəki vəziyyət barədə məlumat verib
Telerepartyor ermənilərin qəfil hücumunun səbəblərindən danışıb.
 

ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Vahid Mustafayev cəbhə xəttində baş verən ən son vəziyyət barədə məlumat verib. ANS PRESS-in məlumatına görə, ermənilərin qəfil hücumunun səbəblərindən danışan telerepartyor bildirib ki, qarşı tərəf Azərbaycanın inkişafı, regionda hegemonluğuna mane olmaq, imicinə zərər vermək, Azərbaycanı dünyada problemli ölkə kimi göstərmək üçün cəbhədə təxribatlara əl atırlar.

Azərbaycan - Türkiyə, Azərbaycan - Rusiya dostluq münasibətlərinin Ermənistanın planlarına uyğun olmadığını bildirən Vahid Mustafayev son vəziyyəti elə bilavasitə bununla əlaqələndirib. "Ermənistan hakimiyyəti daxili problemlərdən qaçmaq üçün müharibə kartından istifadə edir” - deyən V.Mustafayev bu gün İrəvanda mitinqlərin olduğunu, Ermənistan tərəfinin bütün səylərinin əks effekt verəcəyini diqqətə çatdırıb.

Daha sonra Vahid Mustafayev Azərbaycanın müxtəlif regionlarından cəbhə bölgələrinə gənclərin axınını müşahidə etdiyini, onların hərbiyə yazılıb, əsgərlərə dəstək olmaq, əməliyyatlarda iştirak etmək istədiklərini, hətta  ana-bacıların əsgərlərə paltar, yemək gətirdiklərini bildirərək buna ehtiyac olmadığını diqqətə çatdırıb.

"Azərbaycanın tam nizamlı ordusu var. Ordumuzun hər bir sahədə hazırlığı yüksək səviyyədədir” - deyə V.Mustafayev bildirib.

Vahid Mustafayev cəbhədəki son vəziyyət haqqında məlumat verir

Həmçinin oxuyun:

ANS-in xüsusi müxbiri Mir Şahin Ağayev də təmas xəttində baş verən ən son məlumatları çatdırıb. Azərbaycanın cavab tədbirlərindən sonra birtərəfli qəbul etdiyi atəşkəs haqqında danışan Mir Şahin Ağayev bildirib ki, Azərbaycan tərəfi  öz sözünün üstündə dayanır və yalnız qarşı tərəf atəşkəsi pozduğu halda müdaxilə edir. "Təəssüflər olsun ki, Ermənistan tərəfi atəşəkəsi mütəmadi olaraq pozur"- deyə jurnalist əlavə edib.

Azərbayacan hərbi qüvvələrinin ermənilərə məxsus daha bir tankı və  pilotsuz uçan aparatını vurduğunu söyləyən Mir Şahin Ağayev Azərbaycan tərəfinin döyüşlər gedən bölgələrdə ciddi mövqe üstünlüyünə malik olduğunu vurğulayıb.

Jurnalist sosial şəbkələrdə ermıənilərin Azərbaycanın bir sıra işğal olunmuş rayonlarını boşaltmağa başlamsı haqqında yayılan məlumatlara da aydınlıq gətirib: "Biz buradan ermənilərin hərəkətlərini görə bilmirik, lakin belə bir fakt var ki, Laçın dəhlizində tıxac yaşanır".

Aprelin 2-ə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.

 Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub.

Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.



OXŞAR XƏBƏRLƏR