Cəmİyyət

Vahid məktəbli formasının tətbiqinə başlanılacaq

Vahid məktəbli formasının tətbiqinə başlanılacaq
2020-2021-ci tədris ilindən respublika üzrə bütün dövlət ümumtəhsil müəssisələrində yeni vahid məktəbli formasının tətbiqinə başlanılacaq.

Sfera.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov bildirib. 

Ə.Adıgözəlov qeyd edib ki, 2019-2020-ci tədris ilində məktəblilər mövcud formalardan istifadə edəcəklər:

"Artıq nazirlik tərəfindən Bakı Tikiş Evinə müraciət olunub, yeni vahid məktəbli formaları üçün eskizlər hazırlanır. Təhsil Nazirliyində bu məsələ ilə bağlı İşçi qrupu yaradılıb".

O deyib ki, yeni vahid formaların tətbiqindən sonra artıq məktəblər müxtəlif rənglər, modellər seçə bilməyəcəklər:

"İndi olduğu kimi, yalnız 1-6-cı siniflər və 7-11-ci siniflərin formaları rəng baxımından fərqlənəcək. İşçi qrupu ilə Bakı Tikiş Evinin nümayəndələri arasında bu məsələ geniş müzakirə olunur, yekun qərara gəlindikdən sonra formaların tikilişinə başlanılacaq və 2020-2021-ci tədris ilindən bütün ümumtəhsil müəssisələrində tətbiq olunacaq".

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30