Uğur qazanmaq üçün nə lazımdır?

Uğur qazanmaq üçün nə lazımdır?

 Gültəkin Məmmədova
7-dən , 70 -ə hər kəsin bilməsi vacib olan mövzulardan biri də "marka ola bilmə" anlayışıdır .Əvvəlcə "marka" sözünün mənasını aydılaşdıraq. " Marka " bir fikrin və ya xidmətin başqa fikir və ya xidmətdən fərqlənməsidir . Əvvələr bu söz daha çox iqtisadi termin kimi başa düşülürdü. Lakin günümüzdə o öz ilkin anlayışından daha geniş mənanı ifadə etməyə başlayıb . Çünki hazırda hər bir insanın özünün marka olma ehtimalı var . Əgər sizlərdən biri öz sahəsində daha çox tanınırsa , onun xidmətlərinə daha çox tələbat yaranırsa və sizdən yararlanmaq üçün yaxşı gəlir təklif olunursa sizi təbrik edə bilərik . Siz artıq bir markasınız. Marka olmaq hər kəsə lazımdır . Ya bağban olsun , ya da bir alim fərq etməz. Deməli marka olmaq hamıya bu qədər lazımdırsa məktəblərdə, və universtetlərdə bu sahə bütün ixtisaslar , sahələr üzrə tədris olunmalıdır . Cəmiyyətə "kal " mütəxəsislər buraxılmamalıdır. Belə vəziyyətdə gənclik nəinki başqalarına , heç özünə belə kömək edə bilmir. İnsanlara özünü düzgün şəkildə ifadə etmə qabiliyyəti öyrədilməlidir . Hər kəsin ali təhsil almamağı normaldır . Amma təhsil ocağından çıxıb , nə edəcəyini bilmiyən "inkubator cücəsi " kimi gözlərini döyən insan kütləsinin yaranması bax bu böyük faciədir . Dünyada minlərlə ixtisas və peşə adları var . Bu adları daşıyan da milyonlarla insan var. Bu milyonlardan fərqlənə bilmək marka ola bilmək deməkdir . Marka olmağımız işimizin düzgün təqdimatından başlayır. Əgər hələ də sahib olduğumuz ixtisasda uğur qazana bilmiriksə burda ən böyük səbəbkar özümüzük . Əvvala hər birimiz sevdiyimiz işi görməliyik . Bu bizim həmin sahədə uğur qazanmağımıza ən azı yarı yarı kömək edər . İnsan sevdiyi bir işi görən də zövq alır , zövq aldıqca istirahət edir. Seçdiyiniz ixdisasla bağlı insanların uğur hekayələrini mütləq oxuyun bu sizə motivasiya verəcək . Bəlkə sizin qarşılaşdığınız problemlər başqa insanlarda qarşılaşıb . Sahənizlə bağlı yenilikləri araşdırmağa başlıyın . Sizə nə problem yaradırsa onları müəyyənləşdirin . Öyrənin. Çünki işinizi zəiflədən həmin səbəb təkcə sizə maneə olmuya bilər . Əmin olun ki sizin kimi yüzlərlə həmkarınız yaxud rəqibiniz həmin problemləri aşmaq üçün yol axtarır . Uğurlu marka olmağa həmdə psixoloji cəhətdən hazır olmalısınız . Öndə olmaq istəyi daim bizdə olmalıdır amma eqoizmlə arada olan divarı aşmamaq şərti ilə . Siz işinizdə çıxan maneələri aşaraq üstünlüyü əldə edə bilərsiz.İstənilən sahənin sahibin əlavə dil bilgisi ona üstünlük verir . Bu sizin öz sahənizlə bağla araşdırmalarınızı daha sürətli və keyfiyyətli edər . Danışıq üslubumuz da əhəmiyyətlidir . Ola bilər biz öz sahəmizi yaxşı bilirik amma özümüzü , işimizi təqdim etmək qabiliyyətimiz zəifdir . Bu o deməkdir ki üslubumuzu dəyişməliyik . Və hər gün öz ixtisasımızı daha yaxşı mənimsəməyə çalışmalıyıq. Marka olmaq daim sərhədləri genişləndirmək deməkdir . Əvvəl ailəniz və yaxınlarınızın ətrafında , daha sonra qəsəbənizdə , şəhərinizdə , ölkənizdə və sonra bütün ölkələrdə , dünyada marka olmağa ən azı cəhd etməliyik . Onsuzda hər bir uğurumuz bacarığımız qədər irəli gedecək . Uğur qazanmaq marka olmaqdan başlıyır . Fransız yazarı Andre Jid –in fikri ilə desək "Yaxşı başlanğıc qələbənin yarısıdır".
Share Button

DİGƏR XƏBƏRLƏR