“Uşaqpulunu mütləq bərpa etməliyik” – Parlamentdə məsələ qaldırıldı

“Uşaqpulunu mütləq bərpa etməliyik” – Parlamentdə məsələ qaldırıldı
 
"Uşaq əməyinin istismarı, onların insan alverinin qurbanına çevrilməsi ilə bağlı ciddi işlər görməliyik”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, hər kəsin hökumət qarşısında təkliflərlə çıxış etməsi vacibdir:
"O təkliflər nədən ibarət ola bilər?! Göstərilir ki, valideynlərin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı tənbeh verilib. Bu, yetərli deyil. Bununla uşağın problemi həll olunmur. Bunun yolu odur ki, işlər aparılmalıdır. Təhsil Nazirliyinin "Məktəblinin dostu” layihəsi çərçivəsində burada iştirak edən məktəblilərimizlə əməkdaşlığı gücləndirməliyik. İkinci vacib məsələ odur ki, bu uşaqların böyük əksəriyyəti valideyn himayəsindən məhrum olanlardır.
Ona görə də ölkədə aliment fondunun bərpası haqqında düşünməliyik. İqtisadçıların hesablamalarına görə bu fondun təşkili üçün 12-13 milyon vəsait lazımdır. Bu həm də o vəsaitdir ki, dövlət özü büdcəsindən alimenti uşaqlara bu fond vasitəsilə ödəyir. Sonradan onu aliment ödəməyən valideyndən məcburi qaydada geri alır”.
Deputat uşaqpulunun bərpası barədə də təklif səsləndirib: "Ələbttə, istərdik ki, bu, 18 yaşadək bütün uşaqlara şamil olunsun. Ancaq daha realist yanaşma tələb edir ki, problem mərhələli şəkildə həll olunsun. 6 yaşadək uşaqların sayı 1 milyon nəfərə çatır, ən azı bu kateqoriyadan olan yoxsul və himayəsiz ailələrin uşaqlarının normal qida, müalicə və geyimlə təmin olunmasına xeyli yardımedici addım olardı. 
Uşaqpulunu mütləq bərpa etməliyik. Ən azından 6 yaşına qədər uşaqlar arasında bu pul bərpa olunmalıdır. Statistika göstərir ki, uşaqlar arasında yoxsulluq səviyyəsi 10 % təşkil edir. Ona görə də düşünmək lazımdır.
Ümid edirik ki, rəsmi məqamlar bu təklifləri müsbət yöndə dəyərləndirərək lazımi addımlar atacaq”.

OXŞAR XƏBƏRLƏR

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...