Uşaqlarımızı yay düşərgələrinə etibar edə bilərikmi? – EKSPERT BƏDBİNDİR

Uşaqlarımızı yay düşərgələrinə etibar edə bilərikmi? – EKSPERT BƏDBİNDİR
 

"Uşaq düşərgələrinin ümumi və xüsusi mühafizəsi çox zəif təşkil olunub. Bir çox hallarda isə ümumiyyətlə təşkil olunmur”.

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda fəaliyyət göstərən yay uşaq düşərgələrində təhlükəsizlik, yanğından mühafizə qaydalarına əməl edilib-edilməməsinə münasibətbildirərkən təhsil eksperti Kamran Əsədov deyib:

"Orta təhsil, istərsə də məktəbəqədər təhsil müəssisələrində təhlükəsizlik qaydalarına demək olar ki, riayət olunmur. Ölkəmizdə azdan-çoxdan mövcud olan uşaq düşərgələrində isə təhlükəsizlik tədbirləri ümumiyyətlə yox səviyyəsindədir. Uşaq düşərgələri daha çox kompakt ərazilərdə yerləşir və burada daha çox oyun oynamaqlaməşğuldurlar. Uşaq düşərgələrinin təhlükəsizliyi bir neçə hissədən ibarətdir.Birinci növbədə təhlükəsizlik girişdə, mühafizə yolu ilə təmin edilməlidir. İkinci bir tərəfdən proses daxildə, nəzarət, təhlükəsizlik kameraları vasitəsilə həyata keçirilir. Təhlükəsizliyin üçüncü elementi qida təhlükəsizliyilə bağlıdır.Bunların hamısını heç də bir şəxs həyata keçirə bilməz. Bunların hər biri ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilən bir prosesdir. Təəssüf ki, ölkəmizdə bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Özəl uşaq düşərgələrinin yalnız girişində müəyyən mühafizə xidməti həyata keçirilir. Amma ümumi götürəndə uşaq düşərgələrinin ümumi və xüsusi mühafizəsi çox zəif təşkil olunub. Bir çox hallarda isə ümumiyyətlə təşkil olunmur”.

Həmsöhbətimiz uşaq düşərgələrinin təhlükəsizliyi məsələsinə biganə yanaşılmasının səbəbini həmin düşərgələri təşkil edənlərin məsuliyyətsiz fəaliyyətilə əlaqələndirdi: "Problem ondadır ki, uşaq düşərgələrini təşkil edənlər üçün əlavə maliyyə xərcləri yaratdığına görə onlar təhlükəsizlik məsələlərinə belə biganə yanaşırlar. Yaxud da mövsümü iş olduğundan həmin sahəyə cavabdeh işçi tapılmasının çətin olduğunu bəhanə etməklə buna getmirlər. Yəni həmin düşərgəni təşkil edənlər uzun müddətli işçi götürməkdə maraqlı deyillər, işçilər özləri də qısa müddətli iş münasibətlərinə girmək istəmirlər.Ona görə də sözügedən proses zəif təşkil olunub. Müəssisələr lisenziya alanda adətən onların təhlükəsizlik qaydalarına əməl edib-etməməsi də yoxlanılır. Uşaq düşərgələrinin isə demək olar heç biri lisenziya almır. Sadəcə vergi ödəyicisi kimi qeydiyyatdan keçdiklərindən hər hansı bir qurum onların təhlükəsizliyilə bağlı yoxlamalar həyata keçirə bilmir.

Qeyd edək ki, Rusiyanın Xabarovski vilayətində, "Xoldomi” dağ-xizək kompleksinin ərazisindəki məktəblilər üşün təşkil olunan çadır şəhərciyində baş verən yanğın nəticəsində 4 uşaq dünyasını dəyişib, Xeyli sayda uşaq isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Azərbaycanda da fəaliyyət göstərən uşaq düşərgələrinin bu mənada təhlükəsizliyi demək olar ki, heç bir standarta cavab vermr.

Elçin


OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...