Uşaqlarımızı öldürən təhlükə: O hər yerdədir, hətta evimizdə…

Uşaqlarımızı öldürən təhlükə: O hər yerdədir, hətta evimizdə…
Övladlarımızı nə dərəcədə qoruya bilirik? Heç bu haqda düşünmüşünüz?
ABŞ-ın məşhur professorlarından olan Nikolas Kardaras son illər dünyanı narahat edən əsas problemlərdən birinə toxunub. "Parlayan uşaqlar – ekran bağlılığı uşaqlarımızı bizdən alır” adlı kitabında müəllif bir sıra sensasiyalı faktların üstünü açıb.

Sfera.az Publika.az-a istinadla xəbər verir ki, Professor Kardaras smartfonları rəqəmsal heroin adlandırır. Qeyd edir ki, telefonlara bağlılıq övladlarımızı psixikası pozulmuş narkomanlara çevirir.

Kitabda bir sıra valideynlərin təcrübəsi cəmlənib. "Süzanna adlı ana danışır ki, 6 yaşlı oğluma ipad aldım. Məktəbdə fantaziyasını gücləndirməsi məqsədilə bir sıra internet oyunları tövsiyə etdilər. İlk günlər oğlumun uğurlarına sevinirdim. Sonra gördüm ki, növbəti mərhələyə keçmək üçün virtual şəkildə heyvanları öldürməli, hansı yolla olursa-olsun qidalanmalıdır. Artıq iş işdən keçmişdi. Uşağım günbəgün daha çox aqressivləşirdi. İpad-i əlindən almaq istəyəndə də, ağlayıb, özünü öldürəcəyini deyirdi. Bir dəfə gecə otağına getdim. O, bu vaxtlar adətən yatırdı. Gördüyüm mənzərə məni şoka saldı. Oğlum trans vəziyyətində səssizcə ipad-in ekranına baxırdı. Onu dəfələrlə silkələyib, qışqırdım. Sonunda özünə gəldi. Hesab edirəm ki, smartfon rəqəmsal ölümdür. Övladlarımızı ondan qorumalıyıq. "

Müəllif həmçinin diqqəti texnika dahilərinin üzərinə gətirir. Nəzərinizə çatdırım ki, Stiv Cobs uşaqlarına texnikadan istifadəni qadağan eləmişdi. Quql şirkətinin yaradıcıları da övladları üçün texnikadan uzaq, Montessori təlimli məktəblər seçmişdilər. Ümumiyyətlə bu gün dünyanı cənginə alan texnika dünyasının kralları öz şahzadələrini virtual aləmdən uzaq tuturlar. Axı bizim övladlarımız da ən dəyərli meyvələrimizdir. Onları niyə heroinə qurban verək?!

Bu haqda düşünün.

OXŞAR XƏBƏRLƏR

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...