\"Uşaqlarımı hamıdan gizlədirəm, çünki...\" - Ruhinin ailəsi ilə bağlı BİLMƏDİKLƏRİNİZ

\
R.Əliyeva müğənnilik peşəsinə ciddi yanaşmadığını bildirib.

Sfera.az bildirir ki, müğənni səhnəyə gəlməyinin həvəs olduğunu deyib:
 
"Əvvəllər mahnı oxumağım, səhnəyə gəlməyim həvəs idi. Çox sevinərək sənətə gəldim, sevdiyim sənətkarlar var idi ki, əlçatmaz və toxunulmaz olduqlarını düşünürdüm. İncəsənətə gələndən sonra onlara yaraşmayan və xoşgəlməz şeylərlə rastlaşdım ki... Çox heyf! Kaş ki, bu olmazdı. Səsimin olmasına şübhəm var.

Şübhəm olmasaydı, peşəkar səhnədə olardım. Məşqlərə belə getmirdim. Bu sənətə ciddi baxmırdım. Mənə elə gəlir ki, mahnılarımla yox, özümlə sevildim. O qədər güclü səsim yoxdur ki, insanlar məni mahnılarıma görə sevsinlər”.

Biznes-ledi oğlanlarını şou-biznesdən qoruduğunu qeyd edib:

"Göz yaşlarımı çoxdan yığışdırmışam. Uşaqların yanında ağlamağı sevmirəm. Bir dəfə kinoya baxıb çox təsirlənmişdim, ağlamışdım. Məhəmmədlə Həsən iki-üç gün özlərinə gələ bilmədilər. Mən onlardan hər bir şeyi gizlədirəm. Yaxşı əhval-ruhiyyəm olmasa, onlara bunu göstərmirəm.

Nə qədər sevgim varsa, onlara verirəm. Oğlanlarımı şou-biznesdən, mediadan qoruyuram. Üç yaşından bağçaya gedirlər. Artıq məktəbə hazırlaşırlar. Mən gələcəyə iki əsgər böyüdürəm. Onlar mənim yanımda ağlamırlar”.

Əliyeva ana olduqdan sonra çox dəyişdiyini söyləyib:

"Ana olandan sonra çox dəyişdim. Mənə elə gəlir ki, ana olan insan pis düşünə bilməz. Bəlkə də, əvvəl belə düşünə bilərdim. Ancaq övladlarım olandan sonra bu hisslər yox oldu. Qarşımda həyatımı qurban verdiyim oğlanlarım var. Onlar məndə böyük sevgi yaradıb.

Düşünürdüm ki, onu insanı bağışlaya bilmərəm. Amma onu oğlanlarımın sevgisi sayəsində bağışlamışam. Demək ki, o insana sevgimi yaradıblarsa, hörmətim varsa mən heç kimə pislik edə bilmərəm".(big.az)

OXŞAR XƏBƏRLƏR

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...