Cəmİyyət

Uşaqları necə cəzalandırmalı? – Psixoloqdan 6 VACİB MƏSLƏHƏT

Uşaqları necə cəzalandırmalı? – Psixoloqdan 6 VACİB MƏSLƏHƏT

Sizə həm sadə və eyni zamanda bir o qədər də  mürəkkəb sual vermək istəyirəm: Övladlarınızı cəzalandırırsınızmı?

Sfera.az medicina.az-a istinadən bildirir ki, bu mövzu ilə bağlı bir-neçə vacib məqama toxunmaq istərdik, amma təbii ki, ən vacib olan prinsiplərdən biri cəzalar nə qədər az olsa, o qədər yaxşıdır.

1. Uşağı ona cəza verməklə təhdid etmisinizsə, o zaman bunu edin.
Valideynlər bəzən "özünü pis aparsan səni dayı aparacaq" ifadələri istifadə edirlər, bu zamansa uşaq yer üzündə yaşayan bütün dayılara nifrət etməyə başlayır, yaxud deyilən sözlərə fikir belə vermir. Çünki bunun baş verməyəcəyin artıq bilir. Ona görə də cəza təhdidləriniz reallığa uyğun olmalıdır.

2. Bilmədən, istəmədən" yaşanmış hadisələrə görə cəzalandırmırlar. Hətta buna övladınız sizə kömək etmək istərkən evin ən dəyərli əşyasını sındırmağı da aiddir.

3. Səs-küy, qışqırıq  eşidərək otağa gəldiniz, lakin bu xaosu uşaqlardan hansının yaratdığını bilmirsiniz. Bu zaman edə biləcəyiniz 2 variant var: ya heç kəsə cəza vermirsiniz, yaxud hamını birdən cəzalandırırsınız. Psixologiyada belə bir prinsip var, əgər hadisənin necə baş verdiyini görməmisənsə, o zaman bir nəticəyə gəlib günahkar tapa bilməzsən.

4. Uşağınızın neqativ davranışlarına qışqıraraq reaksiya verirsinizsə, o zaman bir nəticə əldə edə bilməyəcəksiniz. Çünki bu yanaşmanızı görən uşaq neqativ davranışıları təkrarlamağa başlayacaq. Uşaq hər bir emosiyanı bir diqqət olaraq dəyərləndirir və bu səbəbdən də daha çox diqqət çəkməyə çalışır.

 

5. Bir davranış-bir cəza prinsipi. Valideynlər tanış və qohumlara övladlarının ötüb keçən səhvlərini təkrar-təkrar danışmağı sevirlər. Bu isə uşaqlara cəzadan daha çox təsir edir və özgüvənlərin zədələyir.

6. Cəzalandırdığınız zaman şəxsiyyətə zidd və alçaldıcı sözlərdən istifadə etməyin! Verdiyiniz cəza bir zaman sonra unudulur, lakin dediyiniz sözlər uzun müddət övladınızın psixikasında onu narahat edir.

Təbii ki psixologiya bir-neçə cəza metodları təsdiqləyir, lakin unutmayın ki, bunlara fizioloji işgəncələr aid deyil. Uşağa verə biləcəyiniz ən ağır cəza onu sevdiyi oyuncaq və ya əşyalardan məhrum etmək ola bilər ancaq.


XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031