Uşaqlarda dil qüsuru - FOTO

Uşaqlarda dil qüsuru - FOTO

Loqopediya - nitqi qüsurlu uşaqların təlim-tərbiyəsi, inkişafı və təhsili ilə məşğul olan elm sahəsidir. Loqopediya nitq fəaliyyətinin pozulmasının səbəbini, mexanizmini, simptomatikasını və quruluşunu öyrənir. 

Sfera.az Milli.Az-a istinadla bildirir ki, nitqi qüsurlu uşaqlar loqopadlar adlanır. Nitqin pozulması 1 sıra elm sahələri tərəfindən tədqiq edilir. Linqvistika, fiziologiya, nevropatologiya, psixologiya və.s. Loqoped nitqi qüsurlu uşağı qəbul edərkən nitq xəritəsi tutur. Nitq xəritəsi hər 3 aydan bir yenilənir. Bu zaman nitq qüsurlarında fərq hiss olunur.

Nitq funksiyası insanın ən vacib psixi funksiyalarından biri sayılır. Nitq inkişafı prosesində idrak fəaliyyətinin ali formaları təfəkkür anlayışları formalaşır. 5 yaşında uşaqlarda nitq tam formalaşır və ən çətin sayılan R S L səsləri düzələ bilər. Bəs loqopedlərə nə zaman müraciət etmək lazımdır? Valideyn hansı əlamətlərdən sonra övladında nitq problemlərinin olduğunu başa düşməlidir?

Bu sualın cavabını bilmək və digər sağlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam nəsil" verilişini izləməyi unutmayın.

"Sağlam nəsil" Lider TV-də şənbə günü saat 18:00-da, təkrarı isə bazar günü saat 14:00-dadır.



OXŞAR XƏBƏRLƏR