Uşaq bağçası açmaq üçün tələb olunan rüsüm ləğv edilsin – EKSPERTDƏN AÇIQLAMA

Uşaq bağçası açmaq üçün tələb olunan rüsüm ləğv edilsin – EKSPERTDƏN AÇIQLAMA
 

"Rüsumların artması yekunda təhsil və xidmət haqlarının bahalaşmasına gətirib çıxaracaq. Bu da öz növbəsində keyfiyyəti aşağı salacaq”


Sfera.az-a açıqlamasında bu sözləri özəl uşaq bağçaları açmaq üçün 3 min manatlıq rüsumun tətbiq edilməsi təkliflərinə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib.


Ekspert həmçinin onu da vurğuladı ki, belə yanaşma biznes sektoruna düşmən kəsilməkdir: "Hazırda ölkəmizdə 1672 dövlət məktəbəqədər təhsil müəssisəsi, yəni uşaq bağçası var. Bu qədər uşaq bağçasına cəmi 123 min uşaq cəlb oluna bilir. Belə vəziyyət isə həmin yaşda olan uşaqların cəmi 25 faizi deməkdir. Deməli, uşaqlarımızın 75 faizi kənarda qalır. Müəyyən işlər var ki, onu dövlət yerinə yetirə, büdcədən vəsait ayırmaqla lazım olan qədər uşaq bağçaları aça və çatdıra bilmir. Belə olan halda da həmin işlərin həyata keçirilməsi, dövlətin bu funksiyasının icrası özəl sektorun ixtiyarına verilir. Həmin səbəbdən imkan verilməlidir ki, bu işləri özəl sektor görsün. Uşaq bağçası açmaqdan ötrü lisenziya almaq üçün indi 2500 manat dövlət rüsumu ödənilir. Hələ onun üçün binanın tikintisinə, avadanlıqların alınmasına çəkilən xərcləri, işçilərə verilən əmək haqları, kommunal, təmir işləri üçün nəzərdə tutulan xərcləri demirəm. Bundan başqa, 5 ildən bir akreditasiyadan keçmək lazımdır. Buna görə də hər beş ildən bir daha 3 min manat ödənilir. Yaranmış vəziyyət yekunda xidmət haqlarının bahalaşmasına gətirib çıxaracaq. Yəni məsələn, rüsumun artırılmasına qədər əvvəlki dövrdə 300 manata olan xidmət haqqını özəl müəssisələr 500 manata qaldırmaq məcburiyyətində olacaqlar”.


Həmsöhbətimiz qeyd etdi ki, uşaq bağçası açmaqdan ötrü dövlət rüsumunun tətbiqi və hətta onun artırılması ölkə vətəndaşlarına münasibətdə ayrıseçkilik deməkdir: "Bu fonda heç də bütün vətəndaşlar üçün əlçatanlıq təmin olunmayacaq. Yaponiya və Sinqapurda uşaq bağçaları vergilərdən, kommunal xərclərdən azad edilib. Özəl sektor özü qazansa da iş yerləri açır, vergi, sosial müdafiə xərclərini ödəyir. Ona görə də uşaq bağçaları açmaq üçün rüsumun tətbiqinə ehtiyac yoxdur. 5 ildən bir akkreditasiyadan keçmək üçün qiyməti də 3 min manat deyil, simvolik rəqəm olaraq 300 manat təyin etmək olar. Rüsumların artması yekunda təhsil və xidmət haqlarının bahalaşmasına gətirib çıxaracaq. Bu da öz növbəsində keyfiyyəti aşağı salacaq. İndi uşaq bağçalarındakı günlük menyunun qiyməti normalda 8-10 manat olsa da, rüsumların tətbiqi və artırılması fonunda onu daha keyfiyyətsiz 5 manatlıq menyu ilə əvəz edəcəklər. Yekunda da uşaqlarımız xəstələnəcək. Biznes subyektlərinə belə düşməncəsinə yanaşmaq olmaz. Belə olan halda özəl sektor da inkişaf etməyəcək”.


Qeyd edək ki, Milli Məclisin son iclasında "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi baş tutub. olub. Bu layihədə diqqət çəkən bir məqam uşaq bağçaları ilə bağlıdır. Belə ki, layihəyə əsasən məktəbəqədər təhsil müəssisələri, yəni uşaq bağçaları açmaq üçün 3 min manat rüsum təklif olunur. Əksər inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsil müəssisələri yaratmaq üçün dövlət subsidiya, güzəştli kreditlər təklif etdiyi halda, Azərbaycanda yüksək rüsumlar tətbiq etmək yolunu tuturlar.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...