Uşağınıza ad qoyanda bunları nəzərə alın - Milli Məclis

Uşağınıza ad qoyanda bunları nəzərə alın -  Milli Məclis

Azərbaycanda uşaqlara adların verilməsi ilə bağlı tətbiq olunacaq yeni qaydalarla bağlı lazımi tövsiyələr Milli Elmlər Akademiyası tərəfindən Nazirlər Kabinetinə təqdim edilib və hazırda tövsiyələr müzakirə olunur.

Sfera.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
Onun sözlərinə görə, tövsiyələr ondan ibarətdir ki, iki-üç mərhələli mürəkkəb adların qoyulması məsləhət deyil, adların milli mənsubiyyəti olmalıdır: “Bəzən uşaqlara milli mənsubiyyətə uyğun olmayan adlar qoyurlar, misal üçün Vera, Zara və s. Eyni adların müxtəlif cür yazılması məsələsi də tövsiyələr arasında öz əksini tapıb. Məsələn, “Mehti” - “Mehdi”, "Müşvik" - "Müşfiq" kimi adlardan yalnız biri yazılacaq”.

N.Cəfərov əlavə edib ki, iki və ya üç adın birləşməsindən ibarət adın qoyulması da tövsiyə olunmur:

“Ümumiyyətlə, iki addan ibarət olan adlara da müəyyən məhdudiyyətlər qoyulub və mümkün qədər Allahverdi, İmamqulu kimi adların qoyulması tövsiyə olunmur”.

Komitə sədri əlavə edib ki, ümumiyyətlə, həmişə çalışılıb ki, yeni nəsilə milli və mürəkkəb olmayan adlar qoyulsun:

“Amma indi məsələ daha çox sərtləşdirilməlidir. Yəni, bununla bağlı sənəd qəbul olunarsa, artıq bu sahədə olan problemlər qanunla həll olunacaq”.

Sənədin hansı formada qəbul ediləcəyi məsələsinə gəlincə isə, N.Cəfərov bildirib ki, bu istiqamətdə müzakirələr hazırda aparılır:

“Biz Milli Məclisin Mədəniyyət komitəsi kimi bu fikirdəyik ki, hətta Nazirlər Kabinetinin qərarından sonra da “Adlar və soyadlar” haqqında ayrıca bir qanun qəbul edilsin. Yəni, bəzən qərar gələcək nəsillərə çatmır, amma qanunun əsasında sonrakı dövrdə də çoxlu qərarlar qəbul oluna bilər”.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...