Uşağını öldürən ana: \"İsa peyğəmbəri...\"

Uşağını öldürən ana: \

Bakıda 5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Nazilə Qulubəyova ifadə verməkdən imtina edib. O, özünü pis hiss etdiyini söyləyib.

Daha sonra Nazilə Qulubəyovanın qardaşı ifadə verib. O, Nazilə Qulubəyovanın əvvəllər xəstəliyinin olmadığını deyib: "Mən evə gələndə artıq hadisə baş vermişdi. Orada FHN əməkdaşları və Nazilənin həyat yoldaşı Rüstəm də var idi. Polis də gələndən sonra qapını sındırdılar. Rüstəm çox həyəcanlı idi. İçəri daxil olandan sonra həkim də çağırıldı. Uşaq divanın üzərində uzanıqlı vəziyyətdə idi”.

O, bacısını həmişə özünə qapandığını qeyd edib: "Hadisədən sonra bildim ki, o, sektaya, dini təriqətlər olan yerlərə gedib.

Nazilə Qulubəyovanın qardaşı ifadə verən zaman o, əyləşdiyi yerdən qeyri-adi hərəkətlər edib.

Prosesdə 5 yaşlı uşağını öldürən Nazilə Qulubəyovanın keçmiş həyat yoldaşı Rüstəm Qulubəyov ifadə verib.

O bildirib ki, hadisədən əvvəl oğlu Fəridin qızdırması olub: "Həmin günü işdə idim. Uşaqdan narahat idim deyə, evə tez-tez zəng vururdum. Nazilə telefonu götürmürdü. Təxminən 18:00 radələri olardı. Dostum zəng vurub, uşağın səhhəti barədə maraqlandı. Anam da çox narahat idi. Sonra evə gəldim, qapının bağlı olduğunu gördüm. Polisə və FHN əməkdaşlarına xəbər verdim. Qapını qırıb içəri daxil olanda, uşağımın meyitini gördüm. Nazilə də yerdə əyləşib, sadəcə yerə baxırdı. Həmin vaxt şokda idim, yerdə şam vardı. Evə daxil olandan sonra bilmirdim ki, uşaq özü ölüb, yoxsa Nazilə öldürüb. Hadisədən sonra onunla rəsmi boşandım. Əvvəllər münasibətlərim yaxşı idi”.

Rüstəm Qulubəyovun sözlərinə görə, Nazilə Qulubəyova çox vaxt özünə bağlı olub. O, qeyd edub ki, həyat yoldaşı əvvəllər dini sektorlara gedib:

"Hadisədən sonra evdən dini ayinlər zamanı istifadə edilən bir neçə əşya tapdım. Hadisə baş verənə qədər onun psixoloji problemlərinin olduğunu bilmirdim”.

Daha sonra hakim Nazilə Qulibəyovaya sual verib. Hakim ona "niyə orada əyləşmisən?”, - deyə sual verib. O, hakimin sualına "bilmirəm” cavabını verib:

"Sektaya gedəndə demişdilər ki, İsa peyğəmbər gələndə bütün ölən şəxslər qiyamətdə diriləcək. Həmin gün uşaq xəstə idi. Ona qızdırma dərmanı verdim. Sonra uşağın halı pis oldu. Bu haqda Simaya zəng edib dedim. O da dedi ki, qorxma düzələcək. Uşağımın əl-qolunu bağlamamışdım. Sadəcə dərman verdim ki, sağalsın”.

Hakim Nazilə Qulubəyovadan "İsa peyğəmbər həmin gün gələcəkdi?” sualını verib. Təqsirləndirilən şəxs hakimin sualına belə cavab verib: "Elə bilirdim ki, İsa peyğəmbər həmin gün gələcək. İsa peyğəmbəri əvvəllər görmüşdüm”.

Növbəti proses avqustun 28-də davam edəcək.

Qeyd edək ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova Bakıda dini təriqətlərdən birinin üzvü olub. O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib.

Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib. Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Uşağı xristian yönümlü təriqətin üzvü olan anasının öldürdüyü məlum olub. Nazilə Qulubəyova "bəd ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...