Uşağın cinsini açıqlamaq qadağan ediləcək, amma necə...

Uşağın cinsini açıqlamaq qadağan ediləcək, amma necə...
Aborta görə övladının cinsini öyrənməkdə maraqlı olan ailə həkimdən şikayət edəcəkmi?

Bu il Milli Məclisin yaz sessiyasında "Reproduktiv sağlamlıq haqqında" Qanun qəbul olunacaq. Bununla da ultrasəs müayinə zamanı (USM) uşağın cinsinin açıqlanması qadağan olunacaq. Bu qanunun işlənmə mexanizmi, ona nəzarətin necə həyata keçirilməsi isə, sual doğurur.

Bu haqda Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev, Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Hande Harmançı və baş ginekoloq Sevinc Məmmədova danışıb.

M.Quliyev bildirib ki, qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsinə uyğun dəyişikliklər olacaq: "Yalnız bundan sonra cərimələr nəzərdə tutulacaq. Prezidentin sərəncamından sonra "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsinin bu ilin yaz sessiyasında, mart və aprel aylarında qüvvəyə minməsi gözlənilir. Daha sonra isə bununla bağlı Səhiyyə Nazirliyinə tapşırıq veriləcək. Nazirlik tərəfindən qanunun işlənmə mexanizmi hazırlanacaq".

"Məsuliyyətə gəldikdə isə, qeyd edə bilərəm ki, bu qanunda yalnız "inzibati məsuliyyət və cinayət məsuliyyəti nəzərdə tutulur" bəndləri yazıla bilər. Məsuliyyətin nədən ibarət olmasını isə İnzibati Xətalar Məcəlləsi, yaxud da Cinayət Məcəlləsi müəyyənləşdirəcək" – deyə M.Quliyev əlavə edib.

Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək layihəsinin yekunlarına həsr olunmuş tədbir
Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Hande Harmançı isə fərqli təklif irəli sürüb: "Düşünürəm ki, ultrasəs müayinə ilə uşağın cinsiyyətini öyrənməyə deyil, selektiv abortlara qadağa qoyulması daha vacibdir. Ümumdünya Səhiyyə Təşkilatına görə, uşaqların cinsinin deyilməsi yolveriləndir. Lakin cinsin müəyyənləşməsindən sonra hamiləliyin sonlandırılması qəbuledilməzdir".

"Ümid edirəm ki, zamanla Azərbaycanda da selektiv abortların sayı azalacaq. Düzdür, hələ ki, nəzərdə tutulan qanun qüvvəyə minməyib. Bunadək Ümumdünya Səhiyyə Təşkilatı olaraq biz də öz növbəmizdə Azərbaycan hökumətinə təkliflərimizi verəcəyik" – deyə H.Harmançı əlavə edib.

Baş ginekoloq Sevinc Məmmədova yeni qüvvəyə minəcək qanuna nəzarət mexanizmi ilə bağlı məlumat verib: ""Reproduktiv sağlamlıq haqqında" milli strategiyanın müəllifi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutudur. Strategiyamız qəbul olunduqdan sonra təsdiq olunmuş milli plan üzrə nəzarət mexanizmini həyata keçirəcəyik. Lakin bu haqda öncədən məlumat vermək istəmirəm".

"Döldə cinsi xəstəliklə bağlı bir problem yoxdursa, bu zaman cinsiyyəti açıqlayan mütəxəssis cəzalandırılacaq. Cəza tədbirləri ilə ultrasəs müayinədə cinsin deyilməsinin qarşısı alınacaq" – deyə baş ginekoloq əlavə edib.

Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olar ki, qanunvericilik qüvvəyə mindikdən sonra USM-də cinsi deməyə görə cəza nəzərdə tutulacaq. Lakin belə şəxslərin necə müəyyənləşəcəyi sual doğurur. Çünki övladın cinsi həkim üçün deyil, onu dünyaya gətirməyi planlaşdıran valideynlər üçün maraqlı ola bilər.

Digər düşündürücü sual budur ki, belə olan halda, xüsusən də aborta görə övladının cinsini öyrənməkdə maraqlı olan ailə həkimdən şikayət edəcəkmi? Tək USM mütəxəssisi və övlad planlayan valideynlərin olduğu bu otaqda başqa kiminsə USM mütəxəssisindən şikayət edəcəyini düşünmək də ağlasığmazdır.

Təəssüflər olsun ki, yekun rəy olaraq "USM-də cinsin açıqlanmasına necə nəzarət ediləcək?" sualına ətraflı cavab tapa bilmədik. sputnik.az


OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...