Uşağı ana südündən ayırmaq istəyən xanımlar, BUNLARI BİLMƏLİSİNİZ

Uşağı ana südündən ayırmaq istəyən xanımlar, BUNLARI BİLMƏLİSİNİZ

Məlumdur ki, ana südü ilk 6 ay körpənin ehtiyaclarını 100 faiz qarşılayır. Altıncı aydan sonra ana südü sürətlə böyüyən körpənin fizioloji ehtiyaclarını qarşılamır, buna görə artıq əlavə qidalara başlamaq lazımdır. Bu dövrdən sonra əmizdirməyə davam etmək ana və körpə arasındakı bağı davamlı qüvvətləndirir və körpənin psixoloji inkişafına müsbət təsir göstərir. Sfera.az lent.az-a istinadən əmizdirməni dayandırmaq istəyən analara bəzi məsləhətlər verir.

Uzun müddət ana südü qəbul edən körpələrin daha az xəstələndikləri, xəstəlikləri daha yüngül keçirdikləri sübut olunub. Əmizdirmə dövrünün uzanması tək uşaqların sağlamlığı üçün deyil, ananın da ruh sağlamlığına müsbət təsir edir. Uşağı lazım olandan daha çox əmizdirmək isə əlavə qidalara keçiddə çətinlik yaradır, yeməkləri udma və çeynəmə bacarığının inkişafına mənfi təsir edir. Əmizdirmənin nə zaman və doğru formada  dayandırılması ilə bağlı mütəxəssislərlə birlikdə qərar vermək məsləhətdir. Belə olduqda yaranan səhvlərin minimuma endirilməsini təmin edərsiniz. Əhəmiyyətli olan uşaqların ruhən və cismən sağlam fərdlər olaraq cəmiyyətə qazandırılmasıdır.

Əmizdirməni dayandırmaq üçün doğru zaman
 
Döşdən kəsmə dövrü bir çox ananın emosional yaşadığı müddətdir. Unutmayın ki, bu dövrdə ana da ən azı körpə qədər yorulur. Bu müddətdə qərarlı davranmalısınız. Qərarsızlıq və davamlı yenidən başlamalar uşağa da mənfi təsir edir. Əgər əmizdirməyi dayandırmağı sınadınızsa və heç bir formada müvəffəqiyyət qazanmadınızsa, bəlkə də bu, körpə üçün uyğun zaman deyil.

Əmizdirməni tərgidərkən bunları edin
 
Körpəni ana südündən ayırarkən onun emosional zədə yaşamasını istəmirsinizsə, bunları edin:
 
• Əmizdirməyi dayandırmaq qərarına gəlmisinizsə, lakin buna əmin deyilsinizsə, mənfi hallar yaşamamaq üçün mütləq həkiminizlə məsləhətləşin.
 
• Əmizdirmək altıncı aydan sonra körpə ilə ana arasında bir əlaqə halına gəlir.  Əmizdirmə müddətini ani bitirmək körpə üçün travmatik ola bilər. Bu səbəbdən də yavaş-yavaş və alışdıraraq sonlandırın.
 
• Əmizdirməni ani və erkən bitirmək yalnız körpəyə deyil, anaya da təsir edir. Süd yığılmasına bağlı həddindən artıq gərginlik, hətta mastit ola bilər. Ana bu vəziyyətdə döşlərini sağaraq boşaltmalıdır.
 
• Əmməni vərdiş halına gətirən körpəni ana südündən ayıranda artıq ananın onu sevmədiyini, onu tərk etdiyini düşünə bilər. Bu dövrdə ətrafınızdakı insanlar sizi əvvəlkindən daha çox dəstəkləməlidir.
 
• Əmizdirməni tərgitmə müddətində körpənin həyatında hər hansı bir stress (ananın işə başlaması, yeni dayə, xəstəlik, diş çıxartma dövrü) varsa, bu cəhdiniz müvəffəqiyyətsiz ola bilər.
 
• Əmizdirməyi tədricən, pillə-pillə tərgitməlisiniz. İlk olaraq günorta yeməyi kəsilə bilər. Ən son gecə qidalanması tərgidilməlidir. Bir pay kəsildikdən 2-3 gün sonra digər pay kəsilməlidir. Kəsilən pay əvəzinə uşağa sevdiyi başqa bir qidanı verərək əmizdirməni unutdurmağa çalışın.
 
• Əmizdirmə sayını azaldarkən müddətləri də azaltmağa çalışın.
 
• Əmizdirmə körpə üçün sanki bir ritualdır. Bu ritualda da dəyişiklik edilə bilər. Əmizdirmə əsnasında vərdiş edilən şeyləri dəyişdirə bilərsiniz. Fərqli otağa keçmə, hər zaman vərdiş etdiyi döşəyi dəyişmək və s.
 
• Gecə yatan zaman qaydaları dəyişmək üçün ana yox, ata körpənin yanına gedə bilər. Bəzən su, bəzən də sevgisini verə bilər. Gündüz ana ətrafında olmadıqda atasının yemək verməsi faydalı ola bilər.
 
• Əmmək istədiyi zamanlarda diqqətini xoşuna gələn bir fəaliyyətə yönəldə bilərsiniz. Danışmağı anlayacağı yaşda isə danışaraq bir sonrakı səfərə təxirə sala bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...