Təhsİl

Universitetlərimiz digər mənbələrdən maliyyə əldə etməyə niyə maraq göstərmir?-ekspert rəyi

Universitetlərimiz digər mənbələrdən maliyyə əldə etməyə niyə maraq göstərmir?-ekspert rəyi
"Bu istiqamətdə ciddi iş aparılmır, istək yoxdur”

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda Dövlət və ya özəl formada çoxsaylı universitetlərin fəaliyyət göstərmələrinə baxmayaraq, onların təhsil haqları istisna olmaqla digər mənbələrdən maddi dəstəklərinin olmamasına münasibət bildirərkən təhsil eksperti Məlahət Mürşüdlü deyib.
Digər tərəfdən, həmsöhbətimizə görə, hökumət qurumları da universitetlərə sifarişlər verməkdə maraqlı olmalıdır. Ancaq bu istiqamətdə işlər müəyyən qədər axsayır:
 
"Xaricdə, tələbənin ortalama semestr qiyməti yüksək olduqda onun ödənişi 25-30 faiz civarında azaldılır. Həmçinin, xaricdəki universitetlər həyata keçirdikləri müxtəlif tədqiqatlardan da gəlir əldə edirlər. Azərbaycana  gəldikdə, ölkəmizdə artıq bir ildir fəaliyyət göstərən Maarifçi Kredit Təşkilatı var. Həmin təşklat banklarla birlikdə təhsilini davam etdirmək imkanında olmayan tələbələrə müəyyən şərtlər daxilində kredit ayırır. Düzdür, bu iş hələ ki, tam gücü ilə sistem halına düşməyib. Amma universitetlərə müxtəlif təşkilat və mənbələrdən buslar formasında yardımların edilməsinə gəldikdə, bu sahədə həqiqətən də problemlər yaşanır.  Təhsil Haqqında qanunda bu məsələ öz yerini tapıb. Ona görə Azərbaycanda da bu istiqamətdə işlər aparılmalıdır. 
Sadəcə məsələ ona görə irəli getmir ki, həmin istiqamətdə ciddi iş aparılmır. Ciddi işlərin aparılmasına ehtiyac var. Həmçinin, istək olmalıdır. Prosesin irəliləməsi universitetlərin professor-müəllim heyətindən, maddi texniki bazasının imkanlarından asılıdır. Tələbə tədqiqatçılığına geniş imkan verməliyik. Onun maddi-texniki və sosial bazası olmalıdır ki, tədqiqatlar apara bilsin. Düzdür, ölkəmizdə bəzi universitetlər nazirliklərdən sifarişlər alır və həmin tədqiqatlar sayəsində öz maliyyə imkanlarını genişləndirir. Məsələn, 
Bildiyimə görə, Bakı Dövlət Universiteti və Dövlət İqtisad Universiteti həm daxili, həm də xarici təşkilatlardan belə sifarişlər alır və belədə öz maddi texniki bazalarını möhkəmləndirirlər. Lakin bu hal hələlik kütləvi xarakter daşımır. Həmçinin, əldə edilən bu maddi imkanlar birbaşa tələbə və müəllim heyətinin rifah halının yüksəldilməsinə sərf edilmir. Digər tərəfdən, hökumət qurumları da universitetlərə sifarişlər verməkdə maraqlı olmalıdır. Ancaq bu istiqamətdə işlər müəyyən qədər axsayır. Heç də bütün nazirliklər bunda maraqlı deyillər. Yəni qarşılıqlı əməkdaşlıq olarsa, prosesdə ciddi irəliləyiş də ola bilər”.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin böyük əksəriyyəti ancaq tələbələrin təhsil haqqına göz dikib. Yəni onların maliyyəsinin əsas yükünü məhz tələbənin ödədiyi təhsil haqqı təşkil edir. Halbuki, xarici ölkələrdə universitetlər təhsil haqqından başqa digər mənbələr hesabına da öz gəlirlərini artırırlar. Belədə orada çalışan müəllimlər də daha yüksək əmək haqqı almağa nail olurlar. 
 
ELÇİN

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031