“Unibank”ın xalis mənfəəti 4 dəfədən çox artıb - BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU

“Unibank”ın xalis mənfəəti 4 dəfədən çox artıb - BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU
 

"Unibank” ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun) 62 milyon 435 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur. "Unibank” ASC 2018-ci ilin birinci yarısını 14 milyon 639 min manat xalis mənfəətlə bağlamışdı.

 

Cari ilin 1-ci yarısındakı xalis mənfəətin böyük hissəsi ehtimal olunan kredit itkiləri üçün yaradılmış ehtiyatlın bir hissəsinin geri qayıtmasından qaynaqlanır. Mayda dollar kreditlərinə görə vətəndaşlara dövlət büdcəsindən kompensasiyanın ödənilməsi "Unibank"ın kredit risklərini azaldıb və ehtiyatın azad olması davam edib. 

 

"Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə "Unibank"ın  cəmi gəlirləri 51 milyon 795 min manat (42 milyon 38 min manatı faiz gəlirləri, 7 milyon 657 milyon manatı haqq və komissiya gəlirləri, 2 milyon 70 min manatı xarici valyuta ilə əməliyyatlardan gəlir), cəmi xərcləri isə 47 milyon 104 min manat təşkil edib. Bankın gəlirləri xərclərini üstələdiyindən 4 milyon 691 min manat əməliyyat mənfəəti yaranıb. Həmçinin, ehtiyatın 57 milyon 778 min manatı azad olduğundan "Unibank”ın mənfəət vergisindən əvvəl mənfəəti 62 milyon 470 min manata yüksəlib. 35 min manat mənfəət vergisi xərci ilə əlaqədar olaraq xalis mənfəət 62 milyon 435 min manat təşkil edib.

 

Müqayisə üçün qeyd edək ki, "Unibank” ASC ehtiyatlardan 22 milyon 651 min manat azad olması hesabına 2018-ci ilin birinci yarısını 14 milyon 639 min manat xalis mənfəətlə başa vurmuşdu. Ehtiyatların azad olması gecikmədə olan kreditlərin ödənildiyinə işarədir.

 

BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

 

30 İyun 2019-cu il tarixində "Unibank” 799 milyon 494 miln manat cəmi aktivlərə mlik olub və aktivlərin 404 milyon 702 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.30 İyun 2018-ci il tarixində "Unibank" 621 milyon 245 min manat cəmi aktivlərə, o cümlədən 331 milyon 650 min manat müştərilərə veilmiş kreditlərə malik idi. 

 

Xəbər yenilənir….

 

OXŞAR XƏBƏRLƏR

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...

Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, ...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...

Bu məhsulları yesəniz dişlərinizi kariyesdən qoruyacaqsız

Pendir və digər süd məhsullarını çeynəyərkən, onlar tüpürcək istehsalını stimullaşdırır, bu da öz növbəsində dişlərdəki turşunu zərərsizləşdirə və çürüklərin qa...