Unibankın mobil əlavəsi daha interaktiv və dinamik oldu
-
Bank kartlarının rəngli dizaynda daha ətraflı məlumatı;
-
Bütün kartların ümumi balansı və kreditlər üzrə ümumi borc;
-
Əsas səhifədə Ümumi bonusların cəmi və bonusları hədiyyə kuponlarına dəyişmə imkanı;
-
Əsas səhifənin aşağı hissəsində rahat menyu;
-
Ödənişlər üçün ekspress panel – swipe menyu. Bu menyuda həm ödənişlər,həm də köçürmələr üzrə mütəmadi edilən əməliyyatlar əks olunacaq;
-
Mütəmadi ödənişlər və köçürmələr - tez-tez edilən əməliyyatların təkrar etmə imkanı;
-
Xəbərlər bölməsi: burada yeniliklər və aksiyalar olacaq, hər yeni xəbər "Xəbərlər” bölməsində rəqəmlərlə qeyd olunur.
Kommunal, hökumət ödənişləri, kreditlər və digər ödənişləri edərkən bonuslar qazanmaq istəyirsinizsə, ödənişlərinizi Unibank Mobile-la edin. Qazandığınız bonusları hədiyyələrə və digər ödənişlərə yönləndirə bilərsiniz.
Unibank Mobile İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindən //onelink.to/ffdbwf yükləyə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , //twitter.com/unibank) əldə etmək olar.
Unibank-hər kəsin bankı!