Unibankda yeni təyinat olub

Unibankda yeni təyinat olub
 Unibank rəhbərliyinin  qərarı ilə Sevda Əliyeva "Unibank” ASC-yə Transformasiya üzrə baş inzibatçı təyin edilib. Sevda Əliyeva Unibank komandasına qoşulanadək "Azercell”, "Kcell” ,"Jump Marketing Agency” şirkətlərində müxtəlif vəzifələrdə işləyib. "Unibank”dan əvvəl isə o, Paşa Bank-da çalışıb. Sevda Əliyeva BDU-da bakalavr təhsili alıb və  telekommunikasiya üzrə təhsilini Böyük Britaniyanın İnformasiya Texnologiyaları Akademiyasında davam etdirib.

OXŞAR XƏBƏRLƏR