Unibank özünüməşğulluq layihəsi çərçivəsində Qarabağ müharibəsi döyüşçüsünün arzusunu reallaşdırdı

Unibank özünüməşğulluq layihəsi çərçivəsində Qarabağ müharibəsi döyüşçüsünün arzusunu reallaşdırdı
 

"Unibank”ın dəstəyi ilə daha bir  vətəndaşımız şəxsi biznesini yaratmaq arzusuna çatdı. Tərtər şəhərində yaşayan, Qarabağ müharibəsi əlili Həsən Əsgərov un məhsulları istehsalı ilə bağlı ailə biznesini bundan sonra çox rahatlıqla böyüdə, ailə gəlirlərini artıra biləcək. Unibank əməkdaşları bu gün Tərtər sakininə biznesi üçün lazım olan bütün avadanlıqları hədiyyə edib. Həsən Əsgərov "Unibank”ın onun ailəsinə çox böyük sevinc yaşatdığını bildirib: "Unibank bu gün bir ailəni sevindirdi, bir ailənin daimi gəlir mənbəyinin formalaşmasına dəstək oldu. Bu sevinci bizə yaşatdığı üçün "Unibank”a, eləcə də özünüməşğulluq layihəsinin hər bir tərəfdaşına təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Korporativ sosial məsuliyyət Unibankın fəaliyyətində əsas istiqamətlərdən biridir. Bank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.


OXŞAR XƏBƏRLƏR

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...