Unibank müştəriləri üçün yeni bir xidmət təqdim edir

Unibank müştəriləri üçün yeni bir xidmət təqdim edir
Leobank –bütün bank xidmətlərini və məhsullarını özündə birləşdirən "Unibank”ın bir mobil bankçılıq xidmətidir. İnnovativliyi və çoxfunksionallığı ilə seçilən bu mobil tətbiq, şəxsi vəsaitinizin idarəsini inanılmaz dərəcədə rahat edir. 

Sfera.az xəbər verir ki,"Leobank”ın məhsulları müasir "rəqəmsal” müştəriləri hədəf alıb və yeni bir marketinq strategiyası ilə bazara çıxarılacaq. Ukraynada monobank və Britaniyada koto-nun yaradıcısı olan Britaniya texnologiyalı Fintech Farm şirkətinin yeni rəqəmsal platforması əsasında hazırlanan Leobank, müştərilərini yeni fərdi bankçılıq aləti ilə təmin edəcək.

Müştərilərə təqdim olunan xidmətlər Revolut, Tinkoff və "monobank”dakı kimi tamamilə rəqəmsal olacaq.

Bu, bir sıra xidmətlərin qiymətini aşağı salmaq və ya tamamilə pulsuz etmək imkanı yaradacaq ki, nəticədə müştərilərimiz üçün bank xidmətlərinin xərclərinin xeyli azalmasına səbəb olacaq.

"Leobank”ın bazara çıxarılmasında məqsəd yeni bir müştəri seqmentini cəlb etmək, eyni zamanda Azərbaycan Respublikasında nağdsız ödənişlərin daha da inkişafına təkan verməkdir. 

Leobank üçün xüsusi olaraq yaradılmış mobil tətbiqdə geniş bank xidmətləri təqdim olunub: pulsuz köçürmələr, rahat kommunal ödənişlər, kart ödənişlərinə görə "cashback” qazanmaq imkanı, maliyyə əməliyyatlarınıza daimi nəzarət. Xüsusi təlim keçmiş peşəkar dəstək əməkdaşları isə istənilən müştəri suallarına qeyd olunan kanallardan (WhatsApp, Facebook Messenger, Telegram), ya da telefonla cavab təqdim edəcəklər.

Bu gündən etibarən "Leobank”ın rəsmi veb saytı Leobank.az fəaliyyətə başlayıb. Bu saytdan artıq "Leobank”ın pulsuz Black Visa kartını öncədən sifariş etmək mümkündür. "Leobank”da qeydiyyatdan keçən ilk müştərilər sentyabrın əvvəlində mobil tətbiqdən tam istifadə edə 

OXŞAR XƏBƏRLƏR

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək - FOTOLAR

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə...

Bu rayonlarda qaz olmayacaq

Bu gün Şəki və Qəbələ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ...

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...