Unibank kompensasiya ödənişlərini başa çatdırıb

Unibank kompensasiya ödənişlərini başa çatdırıb

Unibank KB "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının uyğun olaraq, müştərilərinə kompensasiya ödənişlərini başa çatdırıb. Fərmanın icrasına başlanıldığı gündən indiyədək 122651 müştəriyə 65 milyon 257 min manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. Proses dövründə kompensasiya alan müştərilərdən 56994-ü öz vəsaitini kartla, 65657 müştəri isə köçürmə ilə alıb. Ümumilikdə müştərilərə ödənilən kompensasiya vəsaitinin 52milyon 677 min manatı kartla verilib. 12milyon 580 min manat vəsait isə köçürmə ilə müştərilərə təqdim edilib.

Kompensasiyaların verilməsi zamanı hansısa səbəbdən bank filiallarına gələ bilməyən müştərilərin vəsaitləri isə onların bankdakı mövcud cari hesablarına köçürülüb. Bu müştərilərə SMS bildirişlər göndərilib. Həmin müştərilər istədikləri vaxt şəxsiyyət vəsiqələri ilə filiala yaxınlaşaraq, vəsaiti məxaric edə bilərlər.

Həmvətəndaşlarımızın sosial rifahının gücləndirilməsi, həm də bank sektorunun inkişafı baxımından son dərəcə böyük əhəmiyyət daşıyan fərmanın vaxtında və yüksək səviyyədə icrası, ilk gündən Unibank üçün əsas prioritet məsələdir. Kompensasiya ödənişlərini bitirən bank, artıq fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı hazırlıq prosesinə başlayıb. Yaxın günlərdə restrukturizasiyaya başlanılması planlaşdırılır. Bu haqda ayrıca məlumat veriləcək və müştərilərə SMS bildirişlər göndəriləcək.

 

Unibank- hər kəsin bankı!


OXŞAR XƏBƏRLƏR

Polisdən böyük ƏMƏLİYYAT - 21 əcnəbi SAXLANILDI - FOTO

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) BPQMİ-nin Qanunsuz Miq...

Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu İMZALADI - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova və Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan (Rock Wamytan) Əməkdaşlıq Memorandumu imzalayıblar.   Sfera.a...

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin FƏALİYYƏTİ DAYANDIRILIR

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azərbaycanlılar Türkiyədə mənzil alışını azaldıb - RƏQƏMLƏR

Bu il Türkiyədə əcnəbilər tərəfindən alınan mənzillərin sayında kəskin azalma müşahidə edilir.  Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbə...

“Şimali Kiprlə münasibətlərin yaradılması yalnız türk amili ilə bağlı deyil” – Cavanşir Feyziyev

Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyev mediaya müsahibə verib. ...

Azərbaycanda psixoloq qiymətləri niyə bahadır? - AÇIQLAMA

Psixologiya sahəsi ölkəmizdə son illər praktiki olaraq daha geniş yayılıb. İnsanların əksəriyyəti isə psixoloq qiymətlərinin bahalığından şikayətlənir. &nbs...