Unibank daha bir KSM mükafatı aldı

Unibank daha bir KSM mükafatı aldı
 
Unibank ölkəmizdə ikinci dəfədir keçirilən "Milli KSM mükafatı - 2019” müsabiqəsinin qalibi
olub. Bankın Güllə atıcılığı üzrə milli paralimpiya komandasına dəstəyini nəzərdə tutan "Hədəf -
Tokio 2020!” layihəsi müsabiqə komissiyasının qərarı ilə 2019-cu ilin ən yaxşı Korporativ Sosial
Məsuliyyət layihələrindən biri seçilib. Layihə BMT-nin 17 dayanıqlı inkişaf məqsədlərindən biri
olan bərabərsizliyin azaldılması istiqamətinə uyğun olduğu üçün mükafat alıb.
Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası və PROAKTİV PR Agentliyinin
təşkilatçılığı ilə keçirilən müsabiqədə layihələr İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ASAN Xidmət, ABAD, Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası, Gənclər Təşkilatları Milli Şurasının nümayəndələrinin daxil
olduğu komissiya tərəfindən dəyərləndirilib.
Xatırladaq ki, Unibank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük
Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən
bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə
dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına
çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək
göstərməkdir.
2019-cu il bu layihə üçün çox uğurlu il olub. "Unibank”ın yaxından dəstəyi nəticəsində Güllə
atıcılığı üzrə milli paralimpiya komandası böyük uğura imza atıb. Azərbaycan Milli Paralimpiya
Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya komandasının iki idmançısı -Yelena Taranova
və Kamran Zeynalov 2019-cu ildə Avstraliyada keçirilən dünya çempionatında yüksək nəticə
göstərərək, Tokio-2020-yə lisenziya qazanıblar. 2019-cu il ərzində Azərbaycan Milli
Paralimpiya Komitəsinin idmançılarının 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarında iştirak
üçün qazandığı 7 lisenziyadan 2-si məhz "Unibank”ın dəstək verdiyi komanda tərəfindən əldə
edilib. Bu isə "Unibank”ın komandanın inkişafında verdiyi böyük dəstəyin nəticəsidir.
Unibank- hər kəsin bankı!

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...