Ulduzdan böyük jest: Tələbələrə 100 min dollar pul bağışladı
19:57 / 17.04.2018
5776
Dünyaca məşhur müğənni Beyons 4 universitet tələbəsinə 100 min dollar pul bağışlayıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Beyons "Coachella" festivalından əldə etdiyi pulun bir hissəsini universitet tələbələrinə verib.
Belə ki, tələbələr həmin pulun öz təhsil haqqını ödəmək üçün istifadə edəcəklərini deyiblər.
Qeyd edək ki, Beyons "Coachella" performansı dünyanın bir çox ölkələrindən izlənilib.
Şükufə Süleymanlı
Sfera.az