Ulduz futbolçu Türkiyə klubundan uzaqlaşdırıldı

Ulduz futbolçu Türkiyə klubundan uzaqlaşdırıldı

"Antalyaspor”un kamerunlu ulduz futbolçusu Samuel Eto`O klub prezidenti Ali Şafak Öztürkü sərt tənqid etdiyi üçün cəzalanıb.

 

Sfera.az xəbər verir ki, "Instagram” səhifəsindən klub rəhbərinin ünvanına sərt sözlər işlədən afrikalı forvard komandadan uzaqlaşdırılıb.

 

Təcrübəli hücumçu "İnstagram” hesabından bu sözləri paylaşmışdı:

 

"Bəlkə də qaradərili olduğum üçün məni sevmirlər. Amma mən haqqımda danışan insanların oyununa aldanıb səviyyəmdən aşağı enməyəcəm. Futbolda 18 ilimi bitirdim. Bu illər boyunca da işimi hər zaman zövqlə və ürəklə yerinə yetirdim. Qazandığım bütün kuboklar, medallar, uğurlar da bundandır. Qazanmağa da davam edəcəm. "Antalyaspor”un mənfəətləri üçün əsla dava etməyəcəm. Mənim üçün önəmli olan tək şey formasını geyindiyim klubdur. Dava etməkdən, mübarizədən qorxduğumu düşünməsinlər. "Bəziləri” "bəzilərini” adımı ləkələmək üçün satın alsa da... Hörmət! Bir-birimizə hörmət etməliyik. Hörmət göstərməyən, hörmət görməz”.

 
 
 
 
 
 
Publika.az //
Sfera.az

OXŞAR XƏBƏRLƏR