Ukraynanın XİN rəhbəri istefa verməyə hazırlaşır

Ukraynanın XİN rəhbəri istefa verməyə hazırlaşır
Ukrayna XİN başçısı Pavel Klimkin bəyan edib ki, Vladimir Zelenskinin andiçmə mərasimindən sonra istefaya gedəcək. Bu barədə "RİA Novosti" məlumat verib.
 
Nazir əlavə edib ki, öz istefasını Zelenskiyə hər bir halda təqdim edəcək. Lakin yeni seçilmiş prezidentin istefanı qəbul edəcəyi məlum deyil.

"Məni işdən çıxarmaq lazım olmayacaq. Çünki bizdə mədəni siyasət olmalıdır. Mədəni siyasət onu tələb edir ki, yeni seçilmiş prezidentə öz komandasını təyin etməyə imkan yaradılsın",-deyə Ukraynanın xarici işlər naziri vurğulayıb.

OXŞAR XƏBƏRLƏR