Ukraynalı fotoqrafın gözləriylə fərqli çalarlarda Azərbaycan - FOTO

Ukraynalı fotoqrafın gözləriylə fərqli çalarlarda Azərbaycan - FOTO
Ukraynalı fotoqraf Mila Teşayeva 2004-cü ildən etibarən post-sovet ölkələrini gəzərək, bu ölkələrdə yaşayan müxtəlif insanların fotohekayələrini çəkir. Son illərdə isə Qafqaz və Xəzər dənizi regionunda işlərini davam etdirir. Onun bu işləri 2013-cü ildə "Ümid vəd edən sular" (Promising Waters) adlı ilk monoqrafiyasında dərc olunub. 

Xanım Teşayeva layihədə SSRİ-dən sonra müstəqilliyini elan edən Azərbaycan, Qazaxıstan və Türkmənistanın Xəzər dənizindən aldıqları neft və qaz ehtiyatlarını necə istifadə etmələrini, onlardan gələn gəlirin əhaliyə, dövlətə necə təsir etdiyini fotolarla göstərməyə çalışıb. Həmin monoqrafiyanın əsasən ölkəmizə aid olan hissəsini təqdim edirik" 

"20 il əvvəl sərhədləri Xəzər dənizi boyunca uzanan 3 dövlət xəritədə öz yerini tutdu. Azərbaycan, Qazaxıstan və Türkmənistan Sovet İttifaqından böyük neft və qaz ehtiyatları ilə ayrıldılar və özlərini müstəqil dövlət elan etməyə başladılar. 

Ümid və hədəflər müxtəlif qrupların yeni ölkələrini dünya siyasi iqtisadiyyatına inteqrasiya etdirmə faktorlarını müəyyənləşdirirdi. Neftin böyük oyunları ölkələrə yeni zəfərlər gətirməyi vəd edirdi, əhalinin yeni milli fəxarətini formalaşdıran nəhəng layihələr bircə-bircə sahillərdə peyda olmağa başlayırdı. Lakin tərəqqinin rəsmi təqdimatı yalnız ön tərəflərə təsir edirdi. Bakının mərkəzi küçələri boyu uzanan hasarlar tikilmiş, bütün binaların fasadlarını Sovet üzlüklərini örtmək üçün yeniləmişdilər. Çöllük hasarların arxasında gizlədilmiş, beləcə, sürətlə dəyişən cəmiyyət arasında öz yerini tapmağa çalışan insanların yaşayışları gizlədilmişdi.

Mən Xəzər regionuna ilk dəfə 2010-cu ildə neftin ölkələrə gətirdiyi inkişafı öyrənmək üçün getmişdim. Xəzər dənizi mənə tükənməyən ümidlərin, arzuların mənbəyinin və həyatının özünün metaforu kimi görünürdü. Ancaq bunun yerinə, mən özümü qayğılı, gərgin, izolyasiya olunmuş və zərərçəkmiş kimi hiss etdim. Neftin inkişafı kapitalistlərə zəfər qazandırdığı bir vaxtda, eyni zamanda insanların sıxışdırılmasına, yerdəyişməsinə və ətraf mühitin deqradasiyasına da səbəb olub. 

Növbəti 4 il ərzində mən geri qayıtdım və həmin 3 ölkənin bir çox yerlərini gəzib sürətlə dəyişən landşaftın izlərini və dəyişkənliyin təsir göstərdiyi insanların hekayələrini çəkməyə başladım. Dövlət ideologiyasının gücü, ətraf mühitin aqibətinin bilinməzliyi və insanların istiqamətləri – bütün bunlar hər hansı bir formada şəxsi müstəvidə mənə də təsir etdi. Mən özümə keçmiş və indiki zaman, dövlət və şəxslər arasındakı möhkəm əlaqənin səbəbləri haqqında sual verdim. Fotolarım bu araşdırmanı izləmək üçün bir vasitədir. Bu işi görməkdə məqsədim izləyicini daha açıqgözlü olmağa, yeni neft regionuna vədlərdən yola çıxaraq kompleks səyahət etmək və yüksəlişlə çöküş arasındakı sərhədi görməyə çağırmaqdır."
 
pahoo.az //
Sfera.az




Nərimanabad kəndinin rəsmisi - Nərimanabad, Azərbaycan. 2010

Ukraynalı fotoqrafın gözləriylə fərqli çalarlarda Azərbaycan - FOTO


Səngəçal terminalından başlayan neft qatarı - Bakı, Azərbaycan. 2011

Ukraynalı fotoqrafın gözləriylə fərqli çalarlarda Azərbaycan - FOTO


Turistlər əyləncə mərkəzinə gəlirlər - Bakı, Azərbaycan. 2011

Ukraynalı fotoqrafın gözləriylə fərqli çalarlarda Azərbaycan - FOTO


Milli Qafqaz geyimi geyinmiş rəqqas televiziya verilişinin çəkilişi üçün hazırlaşır - Azərbaycan, 2011

Ukraynalı fotoqrafın gözləriylə fərqli çalarlarda Azərbaycan - FOTO


Sahil çimərliyində balıq ovlayan kişi - Bakı, Azərbaycan. 2010

Ukraynalı fotoqrafın gözləriylə fərqli çalarlarda Azərbaycan - FOTO


Sona adlı qaçqın qız - Azərbaycan, 2010

Ukraynalı fotoqrafın gözləriylə fərqli çalarlarda Azərbaycan - FOTO


Qaçqın düşərgəsində yerləşən evlərinin həyətində oturan ailə - Azərbaycan, 2010

Ukraynalı fotoqrafın gözləriylə fərqli çalarlarda Azərbaycan - FOTO


Yeni evlənən cütlük öz taxt-taclarında əyləşiblər - Bakı, Azərbaycan. 2010

Ukraynalı fotoqrafın gözləriylə fərqli çalarlarda Azərbaycan - FOTO


Qarabağdan məcburi köçkün, dörd övlad anası Aygün - Azərbaycan. 2010

Ukraynalı fotoqrafın gözləriylə fərqli çalarlarda Azərbaycan - FOTO


Şadlıq sarayında qonaqların gəlməyini gözləyən gənc qız - Bakı, Azərbaycan. 2010

Ukraynalı fotoqrafın gözləriylə fərqli çalarlarda Azərbaycan - FOTO


Köç edən quşlar - Nərimanabad, Azərbaycan. 2011
 




OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...