Ukraynada qadın əsgərləri \"karnaval kuklalarına\" bənzətdilər - FOTO
Sfera.az xarici KİV-ə istihnadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi, Müstəqillik Günündə keçirilmişparadda iştirak edən qadın əsgərlərin hündürdaban ayaqqabı geyindiyi üçün diqqət çəkməsindən sonra yeni qərar alıb.
Ukrayna Müdafiə naziri Andrey Taran, "Keçən həftə yeni bir ayaqqabı modeli hazırladıq. Yeni ayaqqabıların kəmərləri var ki, bu da ayaqqabının ayaqdan çıxmamasına səbəb olacaq"deyə, bildirib.
Bununla bərabər, nazirlik əsgərlərin gözəl və güclü görünmə istəyi ilə bağlı fikrindən daşınmayaraq, digər ölkələrdə də əsgər qadınların hündürdaban geyindiyini bildirib.
Xatırladaq ki, qadın əsgərlərin hündürdaban ayaqqabı geyinmə qərarı millət vəkili Yelena Kondratyuk tərəfindən "ayıb" olaraq xarakterizə edilib. Digər bir deputat Aleksey Jmerenetskiy qadınəsgərləribu ayaqqabı ilə "izdihamı əyləndirmək üçün olan karnaval kuklalarına" bənzədib.
İnci
Sfera.az