Ukraynada parlament seçkilərinin iyulun 21-də keçirilməsi rəsmən təsdiqlənib
09:58 / 23.05.2019
1813
Ukrayna prezidenti Vladimir Zelenskinin Ali Radanı buraxmaq və növbədənkənar parlament seçkilərini iyulun 21-ə təyin etməklə bağlı sərəncamı rəsmən qüvvəyə minib. ONA-nın məlumatına görə, sərəncam hökumətin "Uryadoviy kuryer” qəzetində dərc olunub.
Sənədə əsasən, Nazirlər Kabinetinə növbədənkənar seçkilərin keçirilməsinin maliyyə təminatını həyata keçirmək tapşırıb. Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.