Krİmİnal

Ukraynada oğurluq edən azərbaycanlı saxlanıldı

Ukraynada oğurluq edən azərbaycanlı saxlanıldı

Ukraynanın Xarkov şəhərində oğurluqda şübhəli bilinən azərbaycanlı saxlanılıb. 

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 17-də baş verib. 

Naməlum şəxs şəhərin Sumsk küçəsində 24 yaşlı oğlandan zəng üçün telefon istəyib. Telefonu alan şəxs qaçaraq gözdən itib. 

Aparılan axtarışlar zamanı hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı azərbaycanlı saxlanılıb. 

Saxlanılan zaman onun cibindən oğurlanmış mobil telefon aşkarlanıb. 

 

Əməli sübuta yetirilərsə, onu dörd ildən altı ilədək həbs cəzası gözləyir.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930