Ukraynada “Heydər Əliyev - İnsanlığa Bağışlanan Ömür” adlı sənədli filmin təqdimatı olub

Ukraynada “Heydər Əliyev - İnsanlığa Bağışlanan Ömür” adlı sənədli filmin təqdimatı olub

Ukraynanın Dnepr şəhərində tanınmış telejurnalist Möhsüm Qədiroğlu və Ukraynanın aparıcı telejurnalisti Sergey Sivolapın ssenarisi əsasında çəkilmiş "Heydər Əliyev - İnsanlığa Bağışlanan Ömür” sənədli filminin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimindən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin regional sədrləri və diaspor fəalları iştirak edib.
 
Filmdə Ulu Öndər Heydər Əliyevin zəngin həyatı, onun azərbaycan xalqının və dövlətinin tarixində oynadığı rol, o cümlədən, Azərbaycanla Ukraynanın dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasındakı  misilsiz xidmətləri Ukraynanın görkəmli ictimai-siyasi xadimlərinin xatirələri ilə geniş tamaşaçı auditoriyasına təqdim olunur. Tarixi faktlarla zəngin olan filimdə Ukraynanın keçmiş prezidentləri və dost ölkənin bir sıra tanınmış ictimai-siyasi xadimləri ulu öndər Heydər Əliyevi bəşər tarixinin nadir şəxsiyyətlərindən biri kimi qiymətləndirir, son iki əsrin siyasi liderlik məktəbinin ustadı kimi xarakteriza edirlər. Filmdə Heydər Əliyev ideologiyasının prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi də önə çəkilir və bunun o böyük insanın uzaqgörən siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilir. Cernobl faciəsi zamanı keçmiş SSRİ rəhbərliyinin siyasi iradəsinə qarşı çıxaraq insanlara  göstərdiyi köməkliyi fəxarət hissi ilə xatırlayan Ukraynanın keçmiş baş nazirinin müavini Konstantin Masik isə faciə bölgəsindən səkkiz yüz min qadının və uşağın təhlükəsiz zonaya köcürülməsində misilsiz xidmətlər göstərmiş Heydər Əliyevi Ukrayna xalqının xilaskarlarından biri adlandırır.
 
Filmin təqdimatından sonra Birləşmiş Ukrayna Azərbaycanlıları konqresinin sədri Rövşən Tağıyev, sədr müavini Qüdrət Hacıyev,Konqresin Dnepropetrovsk Vilayətinin sədri Nəcəf Əhmədov, Odessa vilayət təşkilatının sədri Namiq Hacıyev, Krapivnitsk vilayət təşkilatının sədri Vilayət Mamedov, Xmelnitsk vilayət təşkilatının sədri Ceyhun Qasımov, İvanafrankovsk vilayət təşkilatının sədri Mətləb Nəcəfof, Lvov vilayətinin Azərbaycanlı Gənclər təşkilatının sədri Şəhriyar Məhərrəmov, Ukraynanın xalq artisti Qurban Abbasov, Dnepropetrovsk Vilayət Şurasının sədri  Qoşqar Muxtarov və digər çıxış edənlər yüksək peşəkarlıqla hazırlanan filmə görə yaradıcı heyətə uğurlar arzulayıblar. Ssenari müəllifləri Möhsüm Aslanova və Sergey Sivolapa minnətdarlıqlarını bildiriblər. Çıxış edən natiqlər Ukraynada Azərbaycan diasporunun formalaşmasında və inkişaf etdirilməsində, Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasındakı böyük xidmətləri olan Möhsüm Aslanov haqda ürək sözlərini çatdırıblar. Bu il fevral yının 9-da Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyinin irəli sürmüş Möhsüm Aslanova qələbə çalmağı arzulayıblar.

Tədbirin sonunda Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi adından Göygöl və Daşkəsən sakinlərinə müraciət qəbul olunub. Müraciətda deyilir:

"Əziz dostlar ! Dəyərli həmvətənlərimiz! Respublikamız növbəti parlament seçkiləri ərəfəsindədir. Bu seçkilərdə kifayət qədər xalqını, dövlətini sevən insanların namizədliyi qeydə alınıb. Onların arasında 20 ilə yaxın bir müddətdə gecəsini gündüzünə qataraq Ukraynadakı milli diasporumuzun formalaşmasında və inkişaf etdirilməsində daima bizlərlə birlikdə olan, Azərbaycanın haqq səsinin Ukrayna ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətlər göstərən Möhsüm Aslanov da var. Onun Azərbaycan televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə nümayəndəliyinin rəhbəri kimi fəaliyyəti dövründə bu ölkədə yaşayan soydaşlarımızın ermənilərlə ideoloji müharibədə vahid mərkəz ətrafında birləşərək tarixi düşmənlərimizə qarşı mübarizəsi daha da mətnləşdi, möhkəmləndi. Bütün regionlar üzrə soydaşlarımızın səfərbər olmasında, bəzi destruktiv insanların dağıdıcı fəaliyyətinin qarşısının alınmasında fədakarlıq nümayiş etdirdi. Bu illər ərzində Ukraynada mədəni kütləvi tədbirlər təşkil edərək Ulu Öndərimiz Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin əsaslarını təbliğ etdi, daim bu ideyaya sadiq olduğunu göstərdi. Ona qarşı aparılan qarayaxma kampaniyalarına mərdliklə sinə gərdi, bir an belə dövlətçilik prinsipindən, prezident İlham Əliyevin uğurla yürütdüyü daxili və xarici siyasətdən uzaqlaşmadı. Dövlətinə sadiq, xalqına sadiq, Ulu Öndərimizin yoluna sadiq olduğunu sübuta yetirdi.

2003-cü ildən başlayaraq Xocalı soyqrımı ilə bağlı Ermənistanın Ukraynadakı səfirliyinin, ATƏT və BMT- nin bu ölkədəki nümayəndəlikləri qarşısında etiraz aksiyalarının keçirilməsinin ideya müəllifi və əsas təşkilatçılarından biri məhz Möhsüm Aslanov olub. Ukraynada Azərbaycan Gənclər Birliyinin yaradılmasındada onun xidmətləri danılmaz faktdır. Onu Ukraynada hər zaman ermənilərlə informasiya savaşında ön sıralarda görmüşük. Qarabağ həqiqətləri haqda hazırladığı film Ukraynanın dövlət televiziyaaında efirə getdiyi zaman həyati təhlükə ilə üzləşdi, Ermənistan Ukrayna dövlətinə rəsmi etiraz notası göndərdi. Möhsüm Aslanov Vətənimiz və Dövlətimizə qarşı atılan gülləyə sinəsini sipər edən oğullarımızdandır. Ulu Öndərimiz Heydər Əliyev ideologiyasının mənəvi daşıyıcılarından olan Möhsüm Qədir oğlunun parlamentdə təmsil olunması əminik ki, möhtərəm prezidentimiz İlham Əliyevin Azərbaycanda başladığı kadr islahatlarına da bir töhfə ola bilər. Ukraynada yaşayan soydaşlarımız adından üzümüzü Göygöl və Daşkəsən rayonlarında yaşayan həmvətənlərimizə tututub deyirik: - Belə bir vətənpərvər və ziyalı insana etimad göstərsəniz, daima səsinizə səs verən əsl millət vəkilini görəcəksiniz.

Qoy, bu seçkilər Vətənimiz Azərbaycan üçün xeyirli olsun!
Əziz Göygöl və Daşkəsən sakinləri!
101 saylı Seçki Dairəsində deputatlığa namizəd Möhsüm Aslanova səs verək!”











OXŞAR XƏBƏRLƏR