Krİmİnal

Ukraynada azərbaycanlı “qanuni oğru” 3-cü dəfə saxlanıldı - FOTO

Ukraynada azərbaycanlı “qanuni oğru” 3-cü dəfə saxlanıldı - FOTO
Ukraynada Kiyev vilayətinin polisləri "Dato Ağcabədili” ləqəbli "qanuni oğru”nu saxlayıblar.

Bu barədə Facebook-da Ukrayna Milli Polisinin rəis müavini Vyaçelsav Abroskin məlumat paylaşıb.

"Dünən axşam Kiyev polisinin əməkdaşları 1985-ci il təvəllüdlü "Dato Ağcabədili”ni (Məmmədov Cavid İltizam oğlu – red.) saxlayıblar. Bu "turist” əvvəllər də Kiyev, mayda isə Lvov polisi tərəfindən saxlanılmış və barəsində gəlişinə üç ay qadağa qoyulmaqla, Ukrayna ərazisindən deportasiya haqqında qərar çıxarılmışdı”, - deyə Abroskin yazıb.

Abroskinin sözlərinə görə, xarici "qanuni oğru”lar Ukraynanın liberal miqrasiya qanunvericiliyindən istifadə edirlər və "arı bala qonan kimi, uçub ölkəyə gəlirlər".

"Biz onları saxlayırıq, məhkəmənin qərarı ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti saxlanma məntəqələrinə yerləşdiririk, amma sonra apellyasiya instansiyasının yeni qərarı gəlir və onları azad edirlər, axı bu "qeyri-insanidir"”, — Abroskin əlavə edib.
 
 
/Virtualaz.org

AdRiver

XƏBƏR LENTİ