Ukrayna Rusiyaya qarşı sanksiyaları artırdı
17:56 / 15.05.2019
2639
Ukrayna Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib.
"Qafqazinfo”nun "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş Naziri Vladimir Qroysman Nazirlər Kabinetinin iclasında məlumat verib.
Sanksiyalar müəyyən növ sənaye malları, mineral gübrələr, kənd təsərrüfatı məhsulları, nəqliyyat vasitələrinə şamil olunub.
Baş Nazirin birinci müavini Stepan Kubiv isə bildirib ki, rus mənşəli mallara əlavə vergi rüsumu 1 avqustdan etibarən tətbiq olunacaq.