Ukrayna rus dilindən rəsmən imtina etdi - Qanun
Dünya
15:08 / 25.04.2019
2340
Ali Rada Ukrayna dilinin dövlət dili kimi fəaliyyət göstərməsinin təmin edilməsi haqqında qanun qəbul edib.
Qanuna əsasən, Ukrayna dilinin vətəndaşların bütün həyat sferalarında istifadəsi icbariləşdirilib. Qanun dilin tətbiq edilməsinin məcburiliyini yalnız şəxsi ünsiyyət və dini ritualların icrasında istisna edib.
Radada səsvermə zamanı qanunu 278 deputat dəstəkləyib, 226 deputat isə bunun əleyhinə səs verib. Sənədin qüvvəyə minməsi üçün onun prezidentə göndəriləcəyi bildirilib.