Ukrayna prezidenti parlamenti buraxdı

Ukrayna prezidenti parlamenti buraxdı
Vəzifəsinin icrasına başlamış Ukraynanın yeni prezidenti Vladimir Zelenski parlamenti vaxtından əvvəl buraxdığını elan edib. ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə o, parlamentdə çıxışı zamanı deyib.
 
"Mən 8-ci çağırış Ali Radanı buraxıram. Yaşasın Ukrayna”,- deyə o bildirib.
 
 
Qeyd edək ki, bu gün Ukrayna prezidenti Vladmir Zelenskinin inauqurasiya mərasimi keçirilib.
 
Ukraynada növbəti parlament seçkiləri bu ilin payızında keçirilməli idi.
 

OXŞAR XƏBƏRLƏR