Ukrayna Ordusunda xidmət edən azərbaycanlı Donbasda snayper gülləsindən həlak olub - FOTO

Ukrayna Ordusunda xidmət edən azərbaycanlı Donbasda snayper gülləsindən həlak olub - FOTO
Ukrayna Silahlı Qüvvələrinin 29 yaşlı baş əsgəri əslən azərbaycanlı Əli Naib oğlu Alxaslı noyabrın 27-də Donbasda Novomixaylovka sahəsində düşmən snayperinin açdığı atəş nəticəsində ağır yaralanıb.

Sfera.az xəbər verir ki, həkimlərin bütün səylərinə baxmayaraq əsgəri xilas etmək mümkün olmayıb.

Ukraynanın müdafiəsi zamanı həlak olmuş və itkin düşmüş şəxsləsin doğmalarının yaratdığı Ümumukrayna birliyinin rəhbəri Marina Polyakovanın dediyinə görə, Əlinin həyat yoldaşı Ukraynanın Xarkov şəhərində, anası isə Azərbaycanda yaşayır.

Əli ordu sıralarına 2018-ci ildə qoşulub. O, cəbhədə 54-cü əlahiddə mexanikləşdirilmiş briqadanın atəş dəstəyi taqımının tank əleyhinə bölüyünün tərkibində öz ikinci vətəni olan Ukraynanı qoruyub.

Orduda da Əli fəal idmançı olub, döyüş sənəti ilə peşəkar səviyyədə məşğul olub və dalbadal qələbələr qazanıb. Həmişə rinqə üzərində Ukrayna dilində "Döyüşçü” yazılmış formada çıxıb.

Ə.Alxaslı bugün Xarkov şəhərində torpağa tapşırılıb. Dəfn mərasiminə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı ilə onun anası və qardaşı gətirilib.
 

 


 


OXŞAR XƏBƏRLƏR

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...