Ukrayna MSK:Azərbaycanda keçirilən seçkilərdə Vladimir Zelenski qalibdir
09:00 / 22.04.2019
3202
Ukraynanın Mərkəzi Seçki Komissiyası bu ölkənin Azərbaycandakı Səfirliyində dünən keçirilmiş prezident seçkilərinin nəticələrini açıqlayıb.
Müvafiq göstəricilər komissiyanın saytında dərc edilib.
Seçkilərin nəticələrə əsasən prezidentliyə namizəd Vladimir Zelenskiqalib olub. Belə ki, ona seçicilərin 51,50 faizi səs verib. Zelenski bununla rəqibi Petro Poroşenkonu üstələyib. Qeyd edək ki, seçicilərin sayı 233 nəfərdir.
Ukraynada prezidentliyinə namizəd Vladimir Zelenski protokolların 31,39 faizinin hesablanmasından sonra seçkilərin nəticələrinə görə rəqibi Petro Poroşenkonu demək olar 3 dəfə qabaqlayıb. (Report)