UEFA yeni mükafat təsis etdi
15:20 / 17.02.2020
2090
UEFA Çempionlar Liqasının ən yaxşı seçiləcək futbolçusu üçün mükafat yaradıb.
Sfera.az qrumun rəsmi saytına istinadən xəbər verir ki, mükafat bu il 1/8 final mərhələsindən etibarən verilməyə başlayacaq. Mükafatı qarşılaşmalarda iştirak edən UEFA-nın texniki müşahidəçiləri təyin edəcək. Matçdan dərhal sonra laureat sahibinə təqdim ediləcək.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyunlar sabah keçiriləcək.