UEFA yeni formatı təsdiq etdi

UEFA yeni formatı təsdiq etdi
 

UEFA İcraiyyə Komitəsi İsveçrənin Nyon şəhərindəki iclasında 2022-ci il dünya çempionatının Avropa qitəsi üzrə seçmə turnirinin keçirilmə formatını təsdiqləyib.

 

Sfera.az xəbər verir ki, Qətərdə keçiriləcək mundiala "köhnə qitə"dən 13 ölkə vəsiqə qazanacaq. Onlardan 10-u qrup qalibləri, 3-ü isə "pley-off" mərhələsinin ən yaxşıları olacaq. Pley-offda qruplarda 2-ci yeri tutacaq 10 komanda, habelə, 2020/2021 mövsümündə UEFA Millətlər Liqasının 2 ən yaxşı qrup qalibi çıxış edəcək. Onlar birbaşa vəsiqə qazana bilməmiş komandalardan ibarət olacaq. Beləliklə, bu yığmalar arasında 3 pley-off təşkil ediləcək. Yarımfinallarda komandalar hərəyə bir oyun keçirəcəklər. Artıq Millətlər Liqası iştirakçılarının səbətlərə bölgüsü də aparılıb. Azərbaycan C Liqasında Ermənistan, Qazaxıstan və Moldova ilə birgə 4-cü səbətə düşüb.

 

A Liqası

1-ci səbət: Portuqaliya, Hollandiya, İngiltərə, İsveçrə
2-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya
3-cü səbət: Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç
4-cü səbət: Xorvatiya, Polşa, Almaniya, İslandiya

 

B Liqası
1-ci səbət: Rusiya, Avstriya, Uels, Çexiya
2-ci səbət: Şotlandiya, Norveç, Serbiya, Finlandiya
3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya
4-cü səbət: Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

 

C Liqası
1-ci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan
2-ci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr
3-cü səbət: Estoniya,Sloveniya, Litva, Lüksemburq
4-cü səbət: Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldova

 

D Liqası
1-ci səbət: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn
2-ci səbət: Andorra, Malta, San-Marino

 

Millətlər Liqasının püşkü 2020-ci il martın 3-də Niderlandın paytaxtı Amsterdamda atılacaq.

 

DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərin 7 şəhərində - Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.



OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...