UEFA “Trabzonspor”u avrokuboklardan kənarlaşdırdı
11:32 / 06.07.2019
3548
UEFA-nın Klublara maliyyə nəzarəti üzrə məhkəmə palatası instansiyası Türkiyənin "Trabzonspor” komandasının 20 may 2016-cıildə imzalanmış sazişin şərtlərini yerinə yetirmədiyini bildirib.
UEFA-nın rəsmi saytında bildirilir ki, bununla əlaqədar qurum "Trabzonspor”un 2020/21 və 2021/22 mövsümlərində avrokuboklarda iştirakının dayandırılması barədəqərar verib.
Qeyd olunub ki,klub 15 oktyabr 2019-cu iləqədər borcun restrukturizasiyası üzrəyeni milli qaydaları tətbiq etdiyi və maliyyə monitorinqi iləyanaşı, 2019-cu il üçün irəli sürülən maliyyə şərtlərini də yerinə yetirdiyi təqdirdə cəza aradan qaldırılacaq.
Oxu.az