UEFA “Qarabağ”a 159 min avro ödəyib
17:45 / 25.11.2019
4278
2018/19-cu il mövsümündə UEFA Avropa Liqası klublarından mövsümün əvvəlində tutulan məbləğin ödənilməsi ilə bağlı paylanma qaydası təsdiqlənib.
Sfera.az xəbər verir ki, bu, UEFA-nın Klub Yarışları Komitəsinin Monakoda keçirilmiş iclasında gerçəkləşib.
Avropa Liqasında 2018/19-cu il mövsümündə çıxış edən klublar üçün məbləğin "market pool” nisbətində paylanacağı razılaşdırılıb. "Qarabağ” Futbol Klubuna ayrılan 159 min 698 avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.