UEFA-dan erməni təxribatına ilkin - REAKSİYA

UEFA-dan erməni təxribatına ilkin - REAKSİYA
 

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ”ın Lüksemburqda "Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyunda baş verənlərlə bağlı hələ intizam işi açmayıb. 

Sfera.az bildirir ki, bununla bağlı Avropa futbol qurumunun Mətbuat xidmətindən Report-a bildirilib.

UEFA intizam işinin açılıb-açılmayacağını müəyyənləşdirmək üçün matçdakı rəsmi şəxslərin hesabatını gözləyəcəyini açıqlayıb. 

 

"Stadionda dronun uçması ilə əlaqədar hakim təhlükəsizlik səbəbindən qarşılaşmanı ilk hissədə dayandırıb. 24 dəqiqədən sonra oyun davam edib və insidentsiz başa çatıb” deyə cavabda vurğulanıb. 

Görüşü şotlandiyalı Con Bitonun rəhbərliyi altında şotlandiyalı hakimlər briqadası idarə edib. Hakim-inspektor norveçli Yon Eylif Skyervold, UEFA nümayəndəsi isə avstriyalı Maykl Zoratti olub. 

Qeyd edək ki, "Düdelanj” – "Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra "Jozi Bartel" stadionunun üzərinə dron vasitəsilə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib.

Nəticədə qarşılaşmada fasilə yarandı və UEFA-nın təcili iclası keçirilib. Lüksemburqun idman naziri Dan Kerş stadionda çıxış edərək ölkəsi adından bütün Azərbaycan xalqından üzr istəyib. Nazir bu hadisənin onlardan asılı olmayan səbəbə görə baş verdiyini və əli olanların ən qısa zamanda tapılaraq cəzalandırılacağını bildirilib. Bundan sonra isə oyun qaldığı dəqiqədən davam edib.

AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib, hadisəni kəskin pisləyən bəyanat yayıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...